Bank Of Baku

Aslihan Gürbüz: “Azərbaycanlı qızın obrazını yaratmaqdan qürur duyuram”

Aslihan Gürbüz: “Azərbaycanlı qızın obrazını yaratmaqdan qürur duyuram”
# 01 sentyabr 2011 06:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Azərbaycana gəlməyimizdən çox şadıq. Şəxsən mən bir azərbaycanlı qızın obrazını oynamaqdan qürur duyuram. Bakıya gəlmək arzumu və buradakı insanlarla tanış olmaq istəyimi hər zaman çıxışlarımda bildirmişəm. Qısa müddətdə çox yer görməyə və insanlarla tanış olmağa çalışacağam”. APA-nın məlumatına görə, bu sözləri avqustun 31-də Azərbaycana gələn Türkiyənin “ATV” kanalında yayımlanan “Yaxşı Cazibə” serialının baş qəhrəmanı Aslihan Gürbüz (Cazibə) deyib. Aktrisa bildirib ki, heyətlə birgə sentyabrın 2-nə kimi Bakıda olacaqlar.

Heyətlə birgə Vətənə gələn azərbaycanlı aktrisa Məlahət Abbasova isə çəkilişlər üçün rejissorun yer seçəcəyini deyib. Onun sözlərinə görə, çəkilişin Dənizkənarı Milli Parkda aparılması nəzərə tutulur.

Serialda Kamal rolunu canlandıran Hakan Yılmaz da öz növbəsində Azərbaycanda olmağından məmnunluğunu ifadə edib: “Azərbaycana gəlməyimiz və bu səfərin bayram ərəfəsində olması çox gözəldir. Bakı haqqında çox eşitmişik, görəcəyimizə çox sevinirəm”.

Qeyd edək ki, serialın 20 nəfərdən ibarət yaradıcı heyəti avqustun 31-də Azərbaycana Məqsəd serialının bir seriyasını Bakıda çəkməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR