“Yaxşı Cazibə” serialının Bakıdakı çəkilişlərindən reportaj - FOTOSESSİYA
Yaradıcı heyətin Bakının mərkəzi küçələrində görünməsi paytaxt əhalisi tərəfindən də maraqla qarşılanıb. Hansısa problemin yaranmaması üçün çəkiliş meydançasına xüsusi mühafizə xidməti və polislər cəlb ediliblər. Çəkilişdə azərbaycanlı aktrisa, serialın baş məsləhətçisi Məlahət Abbasova da iştirak edir. Aktrisa bildirib ki, Bakıda çəkilişlərinin aparılması təşəbbüsü ona məxsusdur: “Elə bu serial çəkilməyə başlayanda çəkilişlərin bir qisminin Azərbaycanda aparılması ideyasını irəli sürmüşdüm. Artıq Bakıdayıq və möhtəşəm bir seriya çəkilir. Tamaşaçılar Bakını çox sevəcəklər”.
“Yaxşı Cazibə”nin rejissoru: “Bakı dünyanın çox şəhərindən daha təmizdir”
“Yaxşı Cazibə” serialının rejissoru Bora Onur APA-ya açıqlamasında Azərbaycan paytaxtında olmaqdan məmnun olduğunu deyib: “Məndə ölkəniz haqqında çox müsbət fikirlər yarandı. Bakıda çəkilişlər artıq ilk gündən çox rahat gedir və hamı bizdən köməyini əsirgəmir. Heç bir çətinliyimiz yoxdur. Bakının gözəl olması bizləri çox sevindirir. Yəni biz serialı davamlı şəkildə burada çəkə bilərik. Sözün düzü, mən bu qədər modern, bu qədər təmiz yer gözləmirdim. Bakı dünyanın çox şəhərlərindən daha təmizdir. Küçələri çox genişdir. Etiraf edim ki, xəyallarımdakı Bakı başqa cür idi, artıq xəyallarımda yanıldığımın şahidi oldum”.
Türk rejissor paytaxt sakinlərini qısa zamanda çox sevdiyini deyib. Rejissor qeyd edib ki, “Yaxşı Cazibə”nin 54-cü bölümü Bakıda çəkilir və bu bölüm sentyabrın 10-da Türkiyənin ATV kanalında nümayiş olunacaq.
Hakan Yılmaz: “Cazibənin arxasınca Azərbaycana gəldim...”
“Bakıda olmaq çox gözəl bir duyğudur. Gördüyümüz işin içərisində Azərbaycanın da adının olması, çəkiliş üçün qardaş ölkəyə gəlmək inanılmaz xoş bir duyğudur. Mən Bakını çox bəyəndim. İlk dəfə gəldim və çox təmiz bir şəhərlə qarşılaşdım. Bakının bir çox yerini İstanbuldan çox bəyəndim”. Bu sözləri APA-ya açıqlamasında serialda Kamal obrazını yaradan Hakan Yılmaz deyib.
Aktyor Bakıda Dənizkənarı Milli Parkı, binaları, tarixi abidələri çox bəyəndiyini vurğulayıb: “Bu şəhərdə tarixi əsərləri çox gözəl qoruyublar. Sanki bu binalar dünən inşa edilib. Çox gözəl və çox xoş təəssüratlar yaşayırıq. İnsanların marağı, bizimlə sürəkli xatirə şəkli çəkdirmək istəyi möhtəşəm bir şeydir”.
Bakıda çəkiləcək seriya barədə məlumat verən Hakan Yılmaz 52-ci seriyanın sonunda Cazibənin Bakıya qaçdığını və Kamalın nişanlısının arxasınca Azərbaycana gəldiyini deyib: “Çox sevinirik ki, Azərbaycanda da bu serial Türkiyədəki qədər izlənilir. Bu bizə daha bir qürur hissi yaşadır. Türkiyədən gələndə yolda Azərbaycan vətəndaşları bu ölkədə serialın çox izləndiyini deyirdilər, ancaq gəlib bütün bunları canlı görmək daha gözəl bir hissdir”.
Serialda azərbaycanlı qıza vurulan Kamal, Azərbaycan qızlarının gözəlliyindən danışıb: “Maşallah, Azərbaycan qızları çox gözəldirlər. Bura gəldim və bunun şahidi oldum. Elə Cazibə də Azərbaycan qızlarına çox bənzəyir”. Sonda Cazibəni, yoxsa Simgəni seçəcəyi ilə bağlı suala Hakan Yılmaz gülərək “sonda Barışı seçəcəyəm” cavabını verib.
Aslihan Gürbüz: “Azərbaycanda danışıq dilini çox gözəl anlayıram və bu məni sevindirir”
“Yaxşı Cazibə”nin azərbaycanlı qızı Cazibə (Aslihan Gürbüz) bizimlə söhbətində Azərbaycan türkcəsində danışmağa üstünlük verdi. Aktrisa APA-ya açıqlamasında serialda bu rolu canlandırmaqdan məmnun olduğunu deyib. Serialdakı kimi həyatda da çox gülərüz olan Aslihan Gürbüz Bakını çox sevib: “Bakı çox gözəldir və mənim yaşadığım yerə heç bənzəmir. Ən gözəli odur ki, burada Azərbaycan dilini anlamaqda heç çətinlik çəkmirəm. Bu çox gözəl hissdir. Sizin qədər yaxşı danışa bilməsəm də, buna çalışıram. Bir az mənə çətindir, bacardığım qədər öz üzərimdə işləyirəm”.
Bu rolu canlandırmaqdan bir az həyəcan keçirdiyini etiraf edən Aslihan Gürbüz, rolunu çox sevdiyini deyib: “Bu rol üçün dili çox yumşaldırıq. Yəni, tamaşaçılar deyə bilərlər ki, “biz belə danışmırıq, bu cür davranmırıq”, amma bu, komediyadır. Yəni, bir kənd qızı çox şey bilmir, həm də bunu göstərmək lazımdır. İnsanlarınızın ürəyi o qədər gözəldir ki, heç kimdən mənfi bir rəy almadım və bu da məni xoşbəxt edir. Düzdür, Azərbaycana ilk dəfə gəlirəm, amma mənim müəllimlərim azərbaycanlı olublar. Konservatoriyada 4 azərbaycanlı müəllim mənə dərs deyib və onlarla burada görüşdüm. Görürəm ki, xarici görünüşüm də Azərbaycan qızlarına çox bənzəyir, mən də bir az kökəm”.
Simgə Bakıya iti Parissiz gəlib...
Serialın ən çox sevilən obrazlarından biri olan Simgəni canlandıran Hande Katiboğlu APA-ya açıqlamasında Bakıya iti Parissiz gəldiyini deyib: “Təəssüflənirəm ki, Parisi gətirə bilmədim. Ancaq bu seriyada da itlə olacağam. Bunun üçün Bakıda Parisə bənzəyən bir it tapmalıdırlar. Yəni, buradakı çəkilişlərdə də Simgə yenə də itlə görünəcək”.
Bakını ilk andan çox sevdiyini söyləyən Hande Katiboğlu dəniz kənarını da gəzib: “Bakı mənə Avropa şəhərini xatırladır. Tər-təmiz bir şəhərdir və çox bəyəndim. Mən nişanlım Kamalın arxasınca gəldim Bakıya. Mən həyatda da Simgə kimi enerjiliyəm. “Yaxşı Cazibə”nin bir bölümü burada çəkiləcək. Bakıda dostlarım yoxdur, ancaq sizlərin hər birini özümə dost hesab edirəm”.
Türkiyəli aktrisa Azərbaycanda hər hansısa filmə dəvət alarsa, sevə-sevə həmin dəvəti qəbul edəcəyini açıqlayıb: “Azərbaycanlılar bizim qardaşlarımızdır və burada olmaqdan şərəf duyuruq. Bundan sonra da vaxtaşırı gəlib buraları gəzmək istəyirik”.
“Yaxşı Cazibə”nin Nigar Camalla olan hissəsi sabah çəkiləcək
Qeyd edək ki, “Yaxşi Cazibə” serialının Azərbaycandakı çəkilişləri üçün 20 nəfərlik heyət ötən gün Bakıya gəlib. Heyətə serialının rejissoru Bora Onur, serialın operatorları, serialın məsləhətçisi, Türkiyədə yaşayan azərbaycanlı aktrisa və serialın baş məsləhətçisi Məlahət Abbasova, eləcə də əsas rolların ifaçıları Aslihan Gürbüz (Cazibə), Hakan Yılmaz (Kamal) və Hande Katiboğlu (Simge) daxildir. Serialın çəkilişləri iki gün davam edəcək. Azərbaycanın “Eurovision” qalibi Nigar Camalın serialda çəkilişləri sentyabrın 2-də aparılacaq.
Xəbər Lenti
DÇ-2026: ABŞ millisi Avstraliyanı məğlub edib
Tramp: İsraili Livanla atəşkəsə şəxsən mən razı saldım
ABŞ kəşfiyyatı İsrailin Vaşinqton-Tehran razılaşmasına mane ola biləcəyindən narahatdır
Tramp: Rusiyanın iştirakı ilə G8 formatı saxlanılsaydı, Ukrayna böhranının qarşısı alına bilərdi
Times: Starmer yaxın günlərdə istefa verə bilər
Tramp Kubada Venesuela ssenarisinə oxşar əməliyyat keçirilməsi ehtimalını istisna etməyib
Tramp: Hörmüz boğazını hərbi yolla açmaq mümkün olmazdı
Niderland NATO üçün "MQ-9 Reaper" PUA-larından istifadə edəcək
Makron: Avropa İttifaqı Ukrayna üzrə danışıqlarda vasitəçi ola bilməz
Merz: Ukrayna müharibə vəziyyətində olduğu müddətdə Aİ üzvü ola bilməz
Polşa Prezidenti Zelenskini ölkənin ali dövlət mükafatından məhrum edib
Fon der Lyayen İsraili Livanın suverenliyinə hörmət etməyə çağırıb
Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Qazaxıstandakı səfirliyini ziyarət edib
İstanbulda hava limanına gedən metro qatarı relsdən çıxıb
Zelenski: Tramp Rusiyaya qarşı sanksiyalara qayıdacağını və Ukraynaya yardımı artıracağını vəd edib
Zelenski Lukaşenkoya bir həftə vaxt verib
Dübəndi sahilində aşkarlanan neft qalıqları ərazidən kənarlaşdırılıb - FOTO - VİDEO
Rüstəm Minnixanov Prezident İlham Əliyevi təbrik edib
“TEAS Press”in keçirdiyi gənclərin roman müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO
Çingiz Əsgərov Avropa Məhkəməsinin “V.T. və digərləri Azərbaycana qarşı” iş üzrə qərarını qəti şəkildə rədd edir
Balaxanı neftçiləri ADNSU-da Geologiya Elmləri üzrə Tədqiqat təqaüdü təsis etdilər - FOTO
DÇ-2026: Braziliya qələbə axtarışında
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
Ukrayna PUA-ları Moskvaya kütləvi hücum edib, 80-ə yaxın dron vurulub - YENİLƏNİB-1
Dövlət proqramının hədəfləri, fermerlərin gözləntiləri: Şəmkirdə keçirilən aqrar müşavirədən REPORTAJ
Aİ Rusiyanın ticarət məhdudiyyətlərinə görə Ermənistana 34 milyon avro ayırıb
Azərbaycan şahmatçısı Aydın Süleymanlı dünya çempionu Maqnus Karlseni məğlub edib - FOTO
Rəsmi Tehran: AEBA müfəttişlərinin nüvə obyektlərində təftiş aparması planlaşdırılmır
Caner Erkin karyerasını başa vurduğunu açıqlayıb
İsrail Livanı bombalayıb, 47 nəfər ölüb - YENİLƏNİB
İran XİN Hörmüz boğazının bağlanmasına dair xəbərləri təkzib edib
DİM: Sıfır bal toplayanlar ən çox riyaziyyat, coğrafiya və kimya fənləri üzrədir
Malayziya səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb - FOTO
İran XİN: ABŞ-la yaxın günlərdə görüşün keçirilməsi üçün hazırlıq görülür
Elnarə Akimova: Uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması zamanın tələbidir
Qəbul imtahanlarında abituriyentlərin 21.4%-i fənlərin ən azı birindən sıfır bal toplayıb
DİM: Azərbaycan və rus bölmələrində abituriyentlərin hazırlıq səviyyəsi arzuolunan deyil
MN-in Tibb İdarəsində müşavirə keçirilib
DİM: İxtisas qrupları üzrə qəbul planı ilə ərizələrin sayı arasında qeyri-tarazlıq var
Xocalıda 34 ildən sonra ilk dəfə barama tədarük olunub - FOTO
Qəbul və buraxılış imtahanlarında aşkarlanan qayda pozuntuları açıqlanıb
DİM: Ortastatistik məzun təhsil proqramının 40–77%-ni mənimsəmir
I–IV ixtisas qrupları üzrə abituriyentlərin 40 faizə yaxını 200-dən az bal toplayıb
“Regional Su Meliorasiya” və “İri Şəhərlərin Su Təchizatı” QSC-lərin nizamnamələri təsdiqlənib
Əraqçi İsraili "daimi müharibə" istəməkdə günahlandırıb
"Reuters": ABŞ-la Qətərin vasitəçiliyi ilə İsrail və "Hizbullah" atəşkəsə razılaşıb
Sabunçuda 12 il əvvəl evi qarət etdikdən sonra qətl törədən şəxsə hökm oxunub