Bank Of Baku

Məlahət Abbasova: “Yaxşı Cazibə”nin yaradıcı heyəti Bakıda ən çox Karvansaranı, Dənizkənarı Milli Parkı və Fəvvarələr Meydanını bəyəndi” – FOTO

Məlahət Abbasova: “Yaxşı Cazibə”nin yaradıcı heyəti Bakıda ən çox Karvansaranı, Dənizkənarı Milli Parkı və Fəvvarələr Meydanını bəyəndi”  – <font color=red>FOTO </font>
# 01 sentyabr 2011 12:14 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında yaradıcı heyətlə birgə Vətənə gələn azərbaycanlı aktrisa və serialın baş məsləhətçisi Məlahət Abbasova deyib.

Aktrisa vurğulayıb ki, ötən gün Bakıda otelə yerləşdikdən sonra, yaradıcı heyət dərhal şəhəri gəzmək istəyiblər: “Otelə çatdıq və yerləşdik, dərhal mənə dedilər ki, “Bakını gəzmək istəyirik. Mən də sözlərini yerə salmadım, Bakını gəzdirdim. Karvansaraya girəndə dəhşətə gəldilər, ora o qədər xoşlarına gəldi ki, bunu sözlə belə ifadə edə bilmirəm. İçərişəhər, Milli Park, Fəvvarələr Meydanı və digər yerləri gəzdik. Bu gün də gəzmək istəyirlər. Çəkilişlər bu günün sonuna qədər davam edəcək və sonra mətbuatla görüş keçiriləcək”.

M. Abbasova deyib ki, yaradıcı heyət Bakını tamamilə başqa cür təsəvvür edirmiş: “Elə ilk gündən dedilər ki, Bakı Avropanın əsas paytaxtıdır. Bakımızı çox bəyəndilər və bu hamımızı şad edir. Həqiqətən də Bakı gün-gündən inkişaf edir. Bu bizim fəxrimiz və baş ucalığımızdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR