Bank Of Baku

Latviya “Eurovision-2012” müsabiqəsindəki təmsilçisinin seçim tarixini açıqlayıb, Norveç isə mahnı seçiminin qəbuluna sabah yekun vurur

Latviya “Eurovision-2012” müsabiqəsindəki təmsilçisinin seçim tarixini açıqlayıb, Norveç isə mahnı seçiminin qəbuluna sabah yekun vurur
# 01 sentyabr 2011 15:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Latviya Azərbaycanda keçiriləcək “Eurovision” müsabiqəsinə təmsilçisinin seçim tarixini açıqlayıb. APA-nın məlumatına görə, seçimin final mərhələsi gələn ilin fevralın 18-də keçiriləcək.

Latviya təmsilçi seçimi üçün yeni formatdan istifadə edəcək. İlk dəfə olaraq bu ölkədə tamaşaçılar arasında da səsvermə həyata keçiriləcək. İzləyicilər 20 mahnını yarımfinal mərhələsi üçün seçmək hüququ qazanacaqlar.

Sentyabrın 2-də isə Norveç öz mahnı seçiminin qəbuluna yekun vuracaq. “Melodi Grand pri” adı altında keçirilən Norveçin milli seçim turunda təqdim olunan mahnılar 8 nəfərdən ibarət münsiflər heyəti tərəfindən dinləniləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR