Bank Of Baku

Heydər Əliyev Sarayı və Caz Mərkəzində xeyriyyə konserti keçirilib

Heydər Əliyev Sarayı və Caz Mərkəzində xeyriyyə konserti keçirilib
# 02 sentyabr 2011 09:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Sentyabrın 1-də yeni mövsümün başlaması ilə əlaqədar Heydər Əliyev Sarayında, eləcə də Bakı Caz Mərkəzində xeyriyyə konserti keçirilib. APA-nın məlumatına görə, Heydər Əliyev Sarayındakı konsert “Məlahətli Ana” ictimai Birliyinin təşkilatçılığı altında baş tutub. Konsertin aparıcısı Azərbaycanın “Eurovision-2010” təmsilçisi Səfurə Əlizadə olub. Konsertdə gənc müğənni Sevda Yəhyayeva 10, Röya Nəcəfova isə 20 dəst məktəbli geyiminin pulunu ödəyiblər. Səyyad Əlizadə, xalq artisti Nisə Qasımova, əməkdar artist Mətanət İsgəndərli, “N-Brothers” qrupu və başqaları təmənnasız olaraq konsertdə iştirak ediblər. Bakı Tikiş Fabriki ilə “Məlahətli Ana” İctimai Birliyi arasında 500-ə yaxın məktəbli geyiminin tikilməsi üçün müqavilə imzalanıb və bu geyimlər yeni dərs ili üçün məktəblilərə paylanılacaq.

Bakı Caz Mərkəzində keçirilən xeyriyyə konsertindən əldə olunan vəsait isə valideyn himayəsindən məhrum olan, internat məktəblərində yaşayan və xəstə uşaqlara xərclənəcək. Konsertdə “Eurovison-2009” müsabiqəsində Azərbaycanı təmsil edən və üçüncülük qazanan Aysel Teymurzadə, əməkdar artist Sevda Ələkbərzadə, Elmira Ələkbərzadə, Çingiz Mustafayev, Dilarə Kazımova və “Excellent” qrupu çıxış ediblər. Bilet satışından əldə edilən vəsait yaxın günlərdə lazımi yerlərə təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR