Bank Of Baku

Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinə gələcək 40-dan artıq ölkənin nümayəndə heyətləri və Avropa mediası üçün otellər siyahısı təqdim olunub

Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinə gələcək 40-dan artıq ölkənin nümayəndə heyətləri və Avropa mediası üçün otellər siyahısı təqdim olunub
# 02 sentyabr 2011 23:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova–APA. Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” mahnı müsabiqəsinə hazırlıqla bağlı Bakıda toplanan Məşvərət qrupuna paytaxtdakı hotellərin siyahısı təqdim edilib. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, hazırda ölkəmizdə səfərdə olan müsabiqənin Məşvərət qrupu Bakıda iki günlük iclas keçirib. İclas zamanı Azərbaycanın müsabiqə üzrə nümayəndə heyətinin rəhbəri müsabiqə dönəmində qonaqları qəbul edəcək hotellərin adlarını Məşvərət qrupuna təqdim edib və bu hotellərdən bəzilərinin hazırda tikildiyini, ilin sonuna kimi isə qapılarını açacaqlarını qeyd edib. A. Kərimli əlavə edib ki, gələcək nümayəndə heyətləri və media mənsubları üçün artıq hotellərdə otaqlar seçilib, siyahıda olan digər otellər isə fanatlar və xarici qonaqların istifadəsinə veriləcək. Müsabiqənin rəsmi internet saytı yazır ki, Məşvərət qrupuna “Eurovision 2012”-nin keçiriləcəyi məkan kimi bir neçə yer təklif olunub ki, onlardan biri də hazırda Bayraq meydanında tikilən yeni arenadır. Amma 57-ci müsabiqənin Bakıda dəqiq hansı məkanda baş tutacağının hələ də dəqiqləşmədiyi bildirilir. A. Kərimli Məşvərət qrupuna Heydər Əliyev Fondunun fəaliyyəti haqqında məlumat verib və bildirib ki, Azərbaycanda “Eurovision” müsabiqəsinin keçirilməsinə böyük dəstək göstərir.

“Eurovision”un icraçı direktoru Yan Ola Sand Azərbaycan tərəfinə yüksək səviyyəli təşkilatçılığa görə təşəkkürünü bildirib. İcraçı direktor Azərbaycanın ev sahibliyi edəcəyi müsabiqədə 40-dan artıq ölkənin iştirak edəcəyini deyib. Xəbərdə bildirilir ki, “Eurovision-2012” müsabiqəsinə hazırlıqla bağlı Məşvərət qrupunun növbəti iclası bu ilin okttyabrında Cenevrədə keçiriləcək.
Qeyd edək ki, “Eurovision -2012” yarışmasının yarımfinalları mayın 22-si və 24-də, final mərhələsi isə 26-da baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR