Bank Of Baku

Gülbən Ərgən Azərbaycana gələcək

Gülbən Ərgən Azərbaycana gələcək
# 05 sentyabr 2011 14:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Türkiyənin tanınmış sənətçilərindən olan Gülbən Ərgən Azərbaycana səfər edəcək. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, üç uşaq anası olan xanım müğənni 15 illik karyerasında ilk dəfə dünya turnesinə çıxmağı planlaşdırır. Onun bu ilin noyabr ayından gələn ilin mart ayına qədər 20 ölkədə çıxış edəcəyi gözlənilir. Həmin ölkələr arasında Azərbaycanın da adı qeyd olunub.

Gülbən Ərgənin Almaniya, Fransa, Hollandiya, İsveçrə, İngiltərə, Avstriya və Belçika kimi Avropa ölkələri ilə yanaşı, Cənubi Koreya, Avstraliya və Amerika Birləşmiş Ştatlarına da səyahət edəcəyi gözlənilir. Turne proqramında Azərbaycan və Türkmənistanla yanaşı, Livan, Misir və Tunis də var.

Sənətçi özü ilə bərabər üç uşağını da konsertlərə aparmaq fikrindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR