Bank Of Baku

“Oskar-2012” mərasimini Edi Mörfi aparacaq

“Oskar-2012” mərasimini Edi Mörfi aparacaq
# 06 sentyabr 2011 14:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Gələn il keçiriləcək “Oskar” film mükafatlandırma mərasiminin aparıcısının kimliyi məlum olub.

APA-nın xarici saytlara istinadən verdiyi xəbərə görə, “Oskar-2012”-ni Edi Mörfi aparacaq.

Bildirilir ki, 2012-ci il “Oskar” film mükafatlarının təşkilatçısı Bret Ratner fevralın 26-da keçiriləcək tədbirdə Edi Mörfinin aparıcılıq etməsini təsdiqləyib. Bundan əvvəl isə Opra Uinfri və Riki Gerves kimi məşhurların bu mükafatlandırma mərasiminə aparıcılıq etməsi üçün namizədlikləri irəli sürülüb.

Xatırladaq ki, “Oskar-2011”-in aparıcılığını Enn Hetvey və Ceyms Franko edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR