Bank Of Baku

“Eurovision” müsabiqəsinin rəsmi internet saytında Bakının tarixi ilə bağlı yanlış informasiyanın mənbəyi məlum olub

“Eurovision” müsabiqəsinin rəsmi internet saytında Bakının tarixi ilə bağlı yanlış informasiyanın mənbəyi məlum olub
# 06 sentyabr 2011 15:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Eurovision” müsabiqəsinin rəsmi internet saytı olan “eurovision.tv”də Azərbaycanın paytaxtı Bakının tarixi ilə bağlı gedən yanlış informasiyanın yerləşdirilməsinə vikipediyanın materiallardan istifadə edilməsi səbəb olub. Bunu APA-ya açıqlamasında İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və internet şöbəsinin müdiri Tahir Məmmədov deyib.

O bildirib ki, Bakının tarixi ilə bağlı sözügedən saytda gedən yanlış informasiya ilə əlaqədar dərhal Avropa Yayımlar Birliyi (EBU) ilə əlaqə saxlanılıb: “Avropa Yayımları Birliyinin Bakının tarixi ilə bağlı qeyd olunan bu faktın heç bir tarixi istinad olmadığını onların diqqətinə çatdırdıq və eurovision.tv-nin əməkdaşları qaldırdığımız məsələyə adekvat reaksiya verdilər. Araşdırma nəticəsində aydın oldu ki, bu, onlar tərəfindən olunan səhv deyil, onların istinad etdiyi mənbənin səhvidir. Onlar Bakının tarixi ilə bağlı bu saytda yerləşdirilən informasiyaları “Vikipediya” elektron ensiklopediyasına istinad veriblər. Bu səhv “Eurovision”un rəsmi saytında aradan qaldırıldıqdan sonra biz təbii ki, vikipediya saytına istinad olunmuş mənbəyə baxdıq və gördük ki, həqiqətən də tarixi məsələlərlə bağlı orada bu cür yanlışlıqlar var”.

“Vikipediya” elektron ensiklopediyasında düzəliş və korrektələrin başqa üslubda aparıldığını deyən T.Məmmədov hazırda bu işlə də məşğul olduqlarını açıqlayıb: “Bu tip yanlışlıqların düzəlməsi vacibdir. İnanırıq ki, yaxın vaxtlarda bu səhvləri düzəldəcəklər”.

Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsinin rəsmi saytının Azərbaycanla bağlı məlumat bölməsində Bakının tarixi ilə bağlı informativ xarakterli yazıda Bakının öz tarixi kökünü İranın paytaxtı kimi götürdüyü qeyd olunmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR