Bank Of Baku

“Eurovision-2012” Azərbaycan təmsilçisinin seçilməsi yönündə ilk addım atılıb

“Eurovision-2012” Azərbaycan təmsilçisinin seçilməsi yönündə ilk addım atılıb
# 13 sentyabr 2011 11:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Eurovision-2012” Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi yönündə ilk addım atılıb. APA-nın məlumatına görə, İctimai Teleradionun beynəlxalq şöbəsinin əməkdaşı, eləcə də “Eurovision” üzrə Təşkilat Komitəsinin üzvü Hüsniyyə Məhərrəmova bununla bağlı müraciət potensial iştirakçılara müraciət edib. Müraciətdə bildirilir ki, Bakıda keçiriləcək “Eurovision-2012” müsabiqəsində Azərbaycanı təmsil etmək istəyənlər öz iştirakları ilə bağlı məlumat verməlidirlər.

Hüsniyyə Məhərrəmova APA-ya bildirib ki, bu müraciətin kökündə seçimlərlə bağlı gənclərin həvəsini yoxlamaq dayanır: “Bu müraciət rəsmi hesab olunmur. Sadəcə qərara gəldik ki, müraciət edək və seçimlərin hansı formada keçirilməsinə qərar verməmişdən əvvəl gənclərin yanaşmasını öyrənək. Ola bilər ki, seçimlər ötən ilki kimi keçirilsin. Buna hələ qərar verilməyib. Amma dünən bu müraciəti etdikdən sonra mənim e-mail ünvanıma saysız-hesabsız məktublar gəlib”.

Qeyd edək ki, gələn ilin mayında keçiriləcək “Eurovision-2012” Mahnı Müsabiqəsinin mayın 22-si və 24-də iki yarımfinalı, 26-da isə final mərhələsi baş tutacaq. Azərbaycan qalib ölkə olduğuna birbaşa finalda çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR