Bank Of Baku

Moskvada Müslüm Maqomayevin abidəsinin açılışında Azərbaycandan xüsusi nümayəndə heyəti iştirak edəcək

Moskvada Müslüm Maqomayevin abidəsinin açılışında Azərbaycandan xüsusi nümayəndə heyəti iştirak edəcək
# 14 sentyabr 2011 10:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Sabah Moskvada görkəmli müğənni Müslüm Maqomayevin abidəsinin açılışı keçiriləcək. Mərasimdə Azərbaycandan xüsusi nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinin tərkibində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də olacaq. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə məlumat verən nazir bildirib ki, nümayəndə heyətinin abidənin açılışında iştirakı prezidentin xüsusi tapşırığı ilə olacaq: “Azərbaycanın böyük oğlu, dahi musiqiçi Müslüm Maqomeyevin xatirəsinin əbədiləşdirilməsi üçün Moskva şəhərində inşa olunmuş abidənin açılışında mən də iştirak edəcəyəm. Ümidvaram ki, Moskvadakı bu ünvan Müslüm Maqomayev sənətinə pərəstiş edənlər üçün daimi ziyarət edilən, yada salınan bir məkan olacaq”.

Qeyd edək ki, sənətkarın abidəsi heykəltəraş Aleksandr Rukavişnikov tərəfindən hazırlanıb və şəhərin mərkəzində yerləşən Azərbaycan səfirliyinin qarşısındakı parkda ucaldılıb. Abidənin hündürlüyü 4 metrə yaxındır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR