Bank Of Baku

İsveçdə “Eurovision-2012” üçün 3485 mahnı təqdim edilib

İsveçdə “Eurovision-2012” üçün 3485 mahnı təqdim edilib
# 22 sentyabr 2011 08:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. İsveç 57-ci “Eurovision” mahnı müsabiqəsinə ciddi hazırlıq aparır. APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, İsveçin gələn il Bakıda səslənəcək musiqisi 3485 musiqi arasından seçiləcək.

İsveçin hər il müsabiqə öncəsi həyata keçirdiyi “Melodiefetivalen-2012” üçün mahnı yükləməyin vaxtı bitib. Ümumilikdə müsabiqədə üçün 3485 mahnı yüklənilib. Lakin İsveçi “Eurovision”da təmsil etmək üçün 32 mahnı mübarizə aparacaq. 2915 mahnı arasından 16 mahnı münsiflər heyəti tərəfindən, qalan 16 mahnı isə “Web Joker”ə müraciət əsasında 570 mahnı arasından seçiləcək.

Xatırladaq ki, bu il İsveç “Eurovision”un bürünc medalını qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR