Bank Of Baku

Şahin Növrəsli solo konsert proqramı ilə çıxış edib

Şahin Növrəsli solo konsert proqramı ilə çıxış edib
# 22 sentyabr 2011 15:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Cazmen Şahin Növrəsli Bakı səhnəsində solo konsertlə çıxış edib. APA-nın məlumatına görə, istedadlı cazmenin solo proqramı ötən gün Heydər Əliyev Sarayında baş tutub. İlk solo konsertində Şahin Növrəslini qardaşları Nurlan, Arslan Növrəslilər də yalnız buraxmayıb. Həmin gün səhnədə Natan Pek (bas-qitara), Aleksandr Maşin (baraban), Arslan Növrəsli (tar), Nurlan Növrəsli (kamança), Kris Xeminquey (saksofon) da çıxış ediblər. Şahin Növrəsli konsertdə ilk dəfə olaraq vokal imkanlarını nümayiş etdirib. Cazmen fortepianoda ifası ilə yanaşı, muğam parçası da ifa edib və onun bu addımı tamaşaçıların alqışları ilə müşayiət olunub. Nurlan Növrəslinin kamançada ifası da izləyicilərə gözəl anlar yaşadıb.

Bu Şahin Növrəslinin beş illik fasilədən sonra Bakıda verdiyi ilk konsert olub. Gecədə musiqi təsirlərin birləşməsi, cazın milli musiqi alətləri ilə sintezi, Növrəsli qardaşları ilə bərabər müxtəlif ölkələrdən olan musiqiçilərin məharətli ifası tamaşaçılara gözəl hisslər yaşadıb.

Qeyd edək ki, Şahin Növrəslinin konserti Mədəniyyət və Turizm Nazirliyi və Bakı Caz Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR