Bank Of Baku

“Eurovison”da Azərbaycana qələbə qazandırmış müğənninin qızı Londonda birinci sinfə gedir - FOTO

“Eurovison”da Azərbaycana qələbə qazandırmış müğənninin qızı Londonda birinci sinfə gedir - <font color=red>FOTO </font>
# 22 sentyabr 2011 15:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın “Eurovision-2011” müsabiqəsində təmsilçilərindən biri Nigar Camalın böyük qızı Jasmin Londonda birinci sinfə gedir. APA-nın məlumatına görə, Nigar Camalın hazırda Londonda olmasının səbəbi də budur. Artıq qızını məktəbə yola salan və ilk günlərdə onun yanında olan azərbaycanlı qalib, bu günlərdə Vətənə qayıdacaq. Bir həftəyə Londondan Bakıya gələcək sənətçi, yeni layihələrə imza atmaq fikrindədir. Türkiyənin “Yaxşı Cazibə” seriyasının bir bölümündə çəkilən Nigar Camal aktrisalığı davam etdirəcək. Belə ki, N.Camal sözügedən serialın növbəti bir neçə seriyasında da çəkiləcək. Məlumata görə, “Eurovision” qalibinin növbəti seriyalarda rolu epizodik olmayacaq. Nigar Camal serialın bir neçə bölümündə əsas qəhrəmanlarından birinə çevriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR