Bank Of Baku

“Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı Məşvərət Qrupunun növbəti iclası oktyabrın 7- 8-də keçiriləcək

“Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı Məşvərət Qrupunun növbəti iclası oktyabrın 7- 8-də keçiriləcək
# 23 sentyabr 2011 09:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Eurovision” Mahnı Müsabiqəsinin Məşvərət Qrupunun növbəti iclası keçiriləcək. APA-nın məlumatına görə, iclas Avropa Yayımları Birliyinin (EBU) qərarı ilə Cenevrədə baş tutacaq. Toplantı oktyabrın 7-8-nə təyin olunub. Görüşdə Azərbaycanı “Eurovision”a hazırlıq üzrə məsul şəxslərindən ibarət nümayəndə heyəti iştirak edəcək. Məşvərət Qrupunun iclasında Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı yeniliklər dinləniləcək və təşkilati məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, “Eurovision-2012” Mahnı Müsabiqəsi ilə bağlı Məşvərət Şurasının ilk iclası avqust ayında Bakıda keçirilib.

Xatırladaq ki, “Eurovision Mahnı Müsabiqəsi-2012”nin yarımfinal mərhələləri mayın 22-24-də, final mərhələsi isə mayın 26-da Bakıda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR