Kənan Doğulu: “Əzizə Mustafazadənin vurğunuyam və bütün albomlarını alıram” - FOTOSESSİYA
Azərbaycan mədəniyyətinin və musiqisini çox sevdiyini ifadə edən Kənan Doğulu, yerli musiqiçilərimizdən yalnız bir nəfərin adını çəkib: “Azərbaycandan olan məşhur caz ifaçısı Əzizə Mustafazadənin vurğunuyam. Onun bütün albomlarını alıb dinləyirəm və ayrı bir həzz alıram. Azərbaycan sözün həqiqi mənasında hər bir sahədə inkişaf edir. Ən çox dinlədiyim caz, sevdiyim isə rok musiqisidir və bunlara həvəsim çoxdur. Pop musiqinin də inkişafından xəbərdaram, amma kiminsə adını çəkə bilməyəcəyəm. Türkiyədən Azərbaycan kanallarını izləyirəm və inkişafı görürəm”.
Müğənni Azərbaycanın “Eurovision” mahnı müsabiqəsindəki uğurundan da danışıb və Azərbaycanı xalqını təbrik edib: “Azərbaycanın qısa müddətdə necə inkişaf etdiyini qısa müddət ərzində “Eurovision” mahnı yarışmasında qazandığı birincilik də sübut edir. Möhtəşəm ifa və qalibiyyət hər birimizi sevindirdi. Azərbaycanda bu yarışmanın möhtəşəm keçəcəyindən əminəm və artıq ciddi hazırlıqlara başlandığını bilirəm”.
2007-ci ildə Türkiyəni “Eurovision” mahnı müsabiqəsində təmsil etdiyini xatırladan sənətçi, bir daha bu yarışmaya qatılmaq istəyində olmadığını dilə gətirib: “Bir dəfə qatıldım və daha iştirak etmək istəmirəm. Amma qonaq kimi qardaş ölkəyə bu yarışmanı izləməyə dəvət olunsam, məmnuniyyətlə gələrəm. Yarışmada iştirak etməkdə məqsəd ölkəmə qarşı bir addım idi və sevgimi bu hərəkətimlə bildirdim. Əslində “Eurovision” mənim uşaqlıqdan xəyallarımda idi və bu arzuma çatdım. Sonradan isə artıq məni bütün Avropa tanıdılar və getdiyim hər yerdə imza aldılar”.
Yeni yaradıcılıq yeniliklərindən də danışan Kənan Doğulu, yanvar ayında albomunun işıq üzü görəcəyini deyib: “Yeni albomda sözləri və musiqisi yalnız özümə aid mahnılar yer alıb. Amma bu albom üçün duet fikirləşmirəm. Son duetim Sibel Canla “Hancer” adlı mahnı oldu. Sibel Can kimi yaxşı bir sənətçi ilə oxumaq da zövq verdi”.
Şəxsi həyatına da toxunan Kənan Doğulu Azərbaycan mətbuatı qarşısında etiraf da edib: “Həyatımda qərar verdim, evləndiyim zaman heç bir zaman boşanmayacağam. Hazırda həyatımda kimsə yoxdur, amma olsa, çox sevəcəyəm. Həyatımın şans mələyi xəyalımdakı insandır. Ailə qurmağı çox istəyirəm, ən əsası ata olmağı arzulayıram. Bu bəlkə də bu gün üçün həyatımda ən önəmli məsələdir”.
Qeyd edək ki, Kənan Doğulu bu gün axşam Bakıda konsert proqramı ilə çıxış edəcək. Konsert “SA Organization” şirkətinin təşkilatçılığı və Buta İncəsənət Mərkəzinin şirkətlərindən biri olan “BUTA production”un dəstəyi ilə həyata keçirilir.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib