Bank Of Baku

“Anadolu Atəşi”nin tərkibində yeni yaradılan “Troy” qrupu Azərbaycanda çıxış edəcək

“Anadolu Atəşi”nin tərkibində yeni yaradılan “Troy” qrupu Azərbaycanda çıxış edəcək
# 24 sentyabr 2011 11:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Türkiyənin tanınmış rəqs qrupu olan “Anadolu Atəşi”nin tərkibində yeni yaradılan “Troy” qrupu Azərbaycanda çıxış edəcək. Bu barədə APA-ya “SA production”un rəhbəri, təşkilatçı Səlahəttin Atalay məlumat verib. Təşkilatçı bildirib ki, hazırda möhtəşəm “Troy”un Bakı konserti ilə bağlı danışıqlar aparılır və bu yaxınlarda çıxışlarının tarixi məlum olacaq: “Anadolu Atəşi”nin konsertləri kimi bu proqramın da maraqla qarşılanacağına əminəm. “Troy” çox maraqlı və istedadlı insanların toplaşdığı bir qrupdur. Bizim təşkilatçılığımızla növbəti konsert məhz bu olacaq”.

Qeyd edək ki, “SA Production” Azərbaycanda bir çox konsertlərin təşkilatçılığı ilə məşhurdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR