Bank Of Baku

Estoniyada “Eurovision-2012” seçimləri başlayır

Estoniyada “Eurovision-2012” seçimləri başlayır
# 27 sentyabr 2011 07:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Estoniya 57-ci “Eurovision” mahnı müsabiqəsi üçün təmsilçi seçiminə başlayır. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, sentyabrın 26-da Estoniyada “Eesti Laul-2012” müsabiqəsinin ilkin turu elan edilib. Müsabiqənin 2012-ci il martın 3-də keçiriləcək final mərhələsində təmsilçinin kimliyi məlum olacaq.

Estoniyanın ETV kanalının nümayəndəsi Mart Hormet deyib ki, “Eesti Laul” müsabiqəsinin keçirilməsində məqsəd populyar musiqi əsərlərinin inkişaf etdirilməsi, istedadlı mahnı müəlliflərini və musiqiçiləri qiymətləndirmək, Estoniyada və ölkə hüdudlarından kənarda onlara çıxış etmək imkanı yaratmaqdır. “Eesti Laul-2012” müsabiqəsinin qalibi 2000 avro alacaq və Bakıda keçiriləcək “Eurovision-2012” musiqi yarışmasında Estoniyanı təmsil etmək şansı qazanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR