Bank Of Baku

İbrahim Tatlısəs evlənib

İbrahim Tatlısəs evlənib
# 28 sentyabr 2011 04:31 (UTC +04:00)
Bakı-APA. Məşhur Türk müğənisi İbrahim Tatlısəs müalicə olunduğu Darüşşafaka Müalicə və Reabilitasiya Mərkəzində 12 ildir birlikdə olduğu sevgilisi Ayşegül Yıldız ilə rəsmən evlənib.

APA-nın İHA agentliyinə istinadən verdiyi xəbərə görə, nikahı Şişli bələdiyyə başçısı Mustafa Sarıgül kəsib, Tatlısəsin şahidləri iş adamı Yüksel Çağlar ilə Fatih Terim olub.

Nikah mərasimi İbrahim Tatlısəsin müalicə mərkəzindəki palatasında baş tutub. Mərasimə Tatlısəsin və Yıldızın ailə üzvləri və məhdud sayda qonaqlar qatılıb.

Nikah kəsildikdən sonra Mustafa Sarıgül İbrahim Tatlısəsin çox xoşbəxt və sağlam adam olduğunu bildirib.

Tatlısəsin oğlu Əhməd Tatlı atasının bir müddət xəstəxanada qalacağını deyib. Onun sağlamlıq vəziyyəti və əhvalının yaxşı olduğunu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR