Bank Of Baku

Nigar Camal: “Simanı sığortalamaq daha önəmlidir” - FOTOSESSİYA

Nigar Camal: “Simanı sığortalamaq daha önəmlidir” - <font color=red>FOTOSESSİYA</font>
# 28 sentyabr 2011 13:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Daimi sığortalanmaq gözəl bir şeydir. Mən də bu addımı atdım və ümid edirəm ki, sonuncu olmayacağam. Fikrimcə, ən önəmlisi simadır və məhz simanı sığortalamaq daha önəmlidir. Bütün dünyada sığorta vacib amilə çevrilib. Sima müğənni üçün vizit kartıdır”. APA-nın məlumatına görə, bu sözləri üzünü sığortalayan “Eurovision-2011”in qalibi Nigar Camal deyib. Sənətçi bildirib ki, məşhur brendlərin siması olmaq və adının dünya ulduzları ilə bir sırada çəkilməsini arzulayır. Müğənninin prodüseri və bəstəkar İsa Məlikov da Azərbaycanda da tanınmışların sığortalanmasının tərəfdarı olduğunu deyib. Nigar Camalın üzünü sığortalayan şirkət müğənninin “Eurovision”da duet ortağı Eldar Qasımovun da belə bir müqavilə imzalanma istəyini müsbət qəbul edəcəkləri bildirilib.

Qeyd edək ki, “Atəşgah” sığorta qrupu Nigar Camalını üzünü 1,5 milyon manat məbləğində sığortalayıb. Nigar Camal həm də bu şirkətin rəsmi siması elan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR