Bank Of Baku

Bakı Dövlət Sirkində Böyük Moskva Sirki tərəfindən xüsusi nömrə nümayiş olunacaq

Bakı Dövlət Sirkində Böyük Moskva Sirki tərəfindən xüsusi nömrə nümayiş olunacaq
# 05 oktyabr 2011 08:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakı Dövlət Sirkində Böyük Moskva Sirki tərəfindən nəhəng dəniz şirlərindən xüsusi nömrə nümayiş olunacaq. Sirkin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətovun APA-ya verdiyi məlumata görə, yeni proqram oktyabrın 21-dən tamaşaçıların ixtiyarına veriləcək. Məhz həmin gün Bakı Dövlət Sirki növbəti mövsümünü açacaq.

M. Hümbətov deyib ki, nəhəng dəniz şirlərinin nömrəsi proqrama tamaşaçıların istəyi ilə daxil edilib. Bundan başqa, müxtəlif hava nömrələri, əhliləşdirilmiş heyvanların, janqlyorların, akrobatların, klounların çıxışı da izləyənlərin marağına səbəb olacaq: “Böyük Moskva Sirki Bakı Dövlət Sirkinin arenasında bir neçə dəfə çıxış edib. Ancaq məhz bu tərkiblə çıxış birinci dəfədir. Ümid edirik ki, bu proqram da tamaşaçılar tərəfindən maraqla qarşılanacaq”.

M. Hümbətov əlavə edib ki, proqram bir ay müddətində nümayiş olunacaq. Tamaşaların qrafiki sabit deyil. Bayram və məktəblilərin tətil günlərində hər gün, bir neçə seansla göstəriləcək. Biletlər həmişə olduğu kimi 4-10 manat arasında satışa çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR