Bank Of Baku

EBU “Eurovision” mahnı müsabiqəsinin 56 illik nəşrlərinin rəqəmsal arxivləşdirilməsinə qərar verib

EBU “Eurovision” mahnı müsabiqəsinin 56 illik nəşrlərinin rəqəmsal arxivləşdirilməsinə qərar verib
# 10 oktyabr 2011 07:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Avropa Yayımları Birliyi (EBU) uzun araşdırmadan sonra “Eurovision” mahnı müsabiqəsinin 56 illik nəşrlərinin rəqəmsal arxivləşdirilməsinə qərar verib. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, EBU-nun bununla bağlı başladığı kütləvi əməliyyat tam formasını alıb. Xəbərdə bildirilib ki, bununla bağlı nəticələr “Eurovision”un 60 illik yubileyindən əvvəl açıqlanacaq.

EBU-dakı “Eurovision” mahnı müsabiqəsinin komandası Məşvərət Qrupunun
son görüşünə Jeron Depraeterini dəvət edib. O, arxivləşdirmə layihəsini idarə etmək üçün təyin edilib. Bu kütləvi əməliyyatın əsas vacib hissələri 2013-cü ilə kimi tamamlanması nəzərdə tutulur. Yayımçılar arasında razılıq mübadiləsi üçün platformanın yaradılması ilə yanaşı, kadrların ictimaiyyətə necə təqdim edilməsi dəqiqləşdirilir.

Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsi 1956-cı ilin 24 may tarixindən keçirilməyə başlanıb və onun ilk qalibi isveçrəli Liz Assia olub. Müğənni bütün “Eurovision” mahnı yarışması ictimaiyyətini İsveçrənin təmsilçiliyinə yenidən öz namizədliyini irəi sürməsi ilə
təəccübləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR