Bank Of Baku

“İstintaq” filmində çəkilən rusiyalı aktyor Aleksandr Kalyagin Bakı səhnəsində çıxış edib - FOTO

“İstintaq” filmində çəkilən rusiyalı aktyor Aleksandr Kalyagin Bakı səhnəsində çıxış edib - <font color=red>FOTO</font>
# 10 oktyabr 2011 09:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Rusiya Teatr Xadimləri İttifaqının sədri, Moskvanın “Et Cetera” Teatrının bədii rəhbəri, Rusiyanın xalq artisti, Azərbaycanın “İstintaq” filmində çəkilən aktyor Aleksandr Kalyagin iki gün Bakı səhnəsində çıxış edib. APA-nın məlumatına görə, oktyabrın 8-də Səməd Vurğun adına Rus Dram Teatrında aktyoru izləyənlər arasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova və bir çox mədəniyyət xadimi də olub.

İki gün ərzində Aleksandr Kalyagin Vladimir Simonovla birgə “Simalar” adlı tamaşa ilə çıxış edib. Tamaşanın əsasını A. P. Çexovun “Qürbətdə”, “Psixopatlar”, “Cansıxıcı iş”, “Bədəməl” və “Diplomat” yumoristik hekayələri təşkil edir. Tamaşadan əvvəl izləyicilər qarşısında nitq söyləyən A. Kalyagin Azərbaycana sevgisini ifadə edib: “Həqiqətən də Azərbaycan, Bakı mənim üçün çox böyük əhəmiyyət daşıyır. Bu şəhər unudulmayacaq xatirələrlə yaddaşımda həkk olunub. Bu səhnədə, sizlərin qarşısında çıxışdan zövq alıram. Tamaşadan hər kəsin nə isə götürəcəyinə inanıram”.

Qeyd edək ki, iki aktyorun yer aldığı “Simalar” tamaşasının nümayişində dekorasiyadan, səhnə kostyumlarından və plastikadan istifadə olunmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR