Bank Of Baku

Müşfiq Abbasov: “Coşqun Rəhimov İzmirə getməyəcək, onun müayinə və müalicəsi Bakıda aparılacaq”

Müşfiq Abbasov: “Coşqun Rəhimov İzmirə getməyəcək, onun müayinə və müalicəsi Bakıda aparılacaq”
# 10 oktyabr 2011 09:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Heydər Əliyev Sarayında oktyabrın 6-da çıxış zamanı Coşqunun halı proqramın ortasında pisləşdi. növbəti səhnəcik üçün geyiminİ dəyişən zaman Coşqun Rəhimov özündən getdi. Sözsüz ki, bu halı tamaşaçılar hiss etmədi və həkimlərin müdaxiləsindən sonra Coşqun yenidən səhnəyə çıxdı”. Bu açıqlamanı APA-ya açıqlamasında “Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov verib.

O bildirib ki, mətbuatda Coşqunun halının proqramın sonunda pisləşməsi yazılsa da, aktyorun halı səhnəciklər arasında pisləşib: “Məlum olduğu ki, Coşquna əməliyyatdan sonra ömrünün sonuna kimi qəbul edəcəyi bir dərman yazılıb. İlk proqram günü Coşqun özünü normal hiss edirdi. Oktyabrın 6-da baş verən bu hadisədən sonra biz bütün tamaşaları ləğv etmək istəyirdik. Düşündük ki, 10-15 gün sonraya proqramı yenidən nümayiş etdirərik, amma Coşqun təkid etdi ki, proqram təxirə salınmasın. Sonrakı üç gün ərzində Coşqun həkim nəzarəti ilə səhnəyə çıxırdı. Hər səhnəcikdən sonra müayinə olunur və həkimlərin razılığı altında növbəti səhnəciyə çıxırdı. Bizim üçün ən vacib olan Coşqunun səhhətidir, başqa heç nə gözümüzdə deyildi”.

M. Abbasov hazırda Coşqun Rəhimovun özünü daha yaxşı hiss etdiyini və İzmirə getməyəcəklərini açıqlayıb: “İzmirə getməyə hələlik ehtiyac yoxdur. Coşqunu əməliyyat edən doktor Araz Əliyev mütəmadi olaraq onun səhhətini yoxlayır. Müayinə və müalicələr Bakıda olacaq. Onsuz da müayinə üçün yanvar ayında İzmirə getməli idik, əgər getmək lazım olsa, bunu tezləşdirəcəyik”.

Layihənin prodüseri hazırda aktyorun evdə olduğunu və istirahət etdiyini deyib. “Bu şəhərdə” oktyabrın 22-də Naxçıvan Muxtar Respublikasında çıxış etməli olsa da, M. Abbasov deyib ki, Coşqunun səhhəti tam yaxşılaşmasa, bu proqram təxirə salınacaq

Qeyd edək ki, “Bu şəhərdə”nin “Ailəvi" konserti oktyabrın 5-dən 9-dək Heydər Əliyev Sarayında keçirilib. Bu il layihə 11 yaşını qeyd edib.

Xatırladaq ki, 2010-cu ilin noyabrında aktyor Coşqun Rəhimov qalxanvarı vəzisindən cərrahiyyə əməliyyatı olunub. O, ömürlük xüsusi dərman qəbul etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR