Bank Of Baku

Burak Kut Azərbaycanda “Avrasiya ulduzu” seçir – FOTO

Burak Kut Azərbaycanda “Avrasiya ulduzu” seçir – <font color=red>FOTO </font>
# 11 oktyabr 2011 14:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Avrasiya ulduzu” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycan üzrə seçim turları başlayıb. APA-nın məlumatına görə, İctimai Televiziyada keçirilən seçimlər oktyabrın 11-12-də olacaq. Yarışmada iştirak etmək istəyənlər İctimai Televiziyada müvafiq ərizə formasını doldurduqdan sonra münsiflər heyətinə öz bacarıqlarını təqdim edir. Müraciət edənlərdən finala yalnız 10 nəfər adlaya biləcək.

Münsiflər heyətinin tərkibinə əməkdar artist Azərin, müğənni İlhamə Qasımova, Türkiyə tərəfdən isə Burak Kut daxildir. Bu seçimlərdə iştirak etmək üçün Burak Kut Bakıya gəlib.

Qeyd edək ki, “Avrasiya ulduzu” layihəsi Türkiyə, Azərbaycan, Şimali Kipr, Türkmənistan, Qırğızıstan və Qazaxıstanı əhatə edir. Müsabiqənin şərtlərinə görə, 6 ölkənin hər birində keçirilən milli seçimlərdən 1 nəfər qalib təmsilçi seçiləcək. Sonra bu 6 nəfər iştirakçı ölkələri gəzərək hər birinin ictimai yayımçısının canlı efirində yarışacaq. Münsiflər və sms səsverməsi nəticəsində onlardan biri “Avrasiya ulduzu” adına layiq görüləcək. Artıq oktyabrın 8-də Türkiyə üzrə ilk milli final konserti keçirilib. Lokman adlı iştirakçı Türkiyənin “Avrasiya ulduzu”na namizədi seçilib.

Azərbaycan milli seçimlərindən hazırlanan xüsusi proqram oktyabrın 16-dan 22-dək İctimai TV-də yayımlanacaq. Canlı final konserti isə oktyabrın 22-də keçiriləcək. Həmin gün 10 iştirakçıdan bir nəfəri qalib seçiləcək. Seçimlər münsiflərin rəyi və sms səsverməsi ilə aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR