Burak Kut: “Eldarla Nigarın Türkiyə bayrağı ilə səhnəyə çıxması bizi çox kövrəltdi” – MÜSAHİBƏ-FOTOSESSIYA
- Azərbaycana ilk dəfədir gəlirsiniz. Təəssüratlarınız maraqlı olardı. Özünüzü qardaş ölkədə necə hiss edirsiniz?
- Bəli, bu ilk gəlişimdir və möhtəşəm bir hissdir. Çox qəribədir ki, Bakı mənə doğma evim kimi gəldi. Burada bir neçə gün ərzində qəribçilik çəkməmişəm. Fikirlərimiz, düşüncələrimiz, dilimiz eynidir. Azərbaycan anladığım qədəriylə çox böyük inkişaf yolundadır. İstər gecə, istər gündüz çox böyük zövqlə gəzdim. Növbəti səfərimdə daha çox gəzmək istəyirəm. Yeri gəlmişkən, bütün Azərbaycan xalqının müstəqilliyinin 20 illiyini ürəkdən təbrik edirəm.
- 20 ildən artıqdır sənətdəsiniz. Bu müddət ərzində bir çox ölkədə çıxışlarınız olub. Bəs Azərbaycan niyə bu sırada yoxdur?
- Əslində Azərbaycana gəlməyi çox istədim, amma qismət olmadı. Qismət bu günəymiş və qarşınızda özümü çox xoşbəxt hiss edirəm. Artıq Azərbaycanda konsert verməyi qarşıma məqsəd qoymuşam. Ötən illər ərzində Azərbaycandan məktublar alırdım, bura gəlməyimi istəyənlər saysız-hesabsız idi. Hazırda da çoxlu e’mail alıram. Unudulmamaq gözəl bir hissdir. Çox zaman başqa ölkələrdə azərbaycanlılarla qarşılaşdığımda mənə sevgilərini ifadə edirdilər. Azərbaycana gəlmək hər zaman ağlımda və qəlbimdə olub. Gerçəkdən Bakıya gəlməyi, buranı, sizləri görməyi qəlbdən arzulamışam. Burada məni dinləyənlərin, sevənlərin olduğunu bilirdim və gəldim, bu sevginin canlı şahidi oldum.
- Sizin Azərbaycana səfərinizin məqsədi “Avrasiya ulduzu” yarışmasında Azərbaycan təmsilçisini seçməkdir. Artıq iki gündür seçimlərdə münsif kimi iştirak edirsiniz. Azərbaycanın gənc ifaçılarını necə qiymətləndirirsiniz?
- Bu zamana kimi Türkiyə və Şimali Kiprdə seçimlər gerçəkləşdi, amma bu gün Azərbaycanın bu yarışmada ən böyük favoritim olduğunu deməkdən çəkinmirəm. Burada seçimlərə gələn 15 gəncdən 13-ü mükəmməl səsə malikdir. Məncə Azərbaycanın “Avrasiya ulduzu”nda şansı daha çoxdur. Həqiqətən bu qədər istedadlı gəncin olması qürur vericidir və bundan dolayı çox təsirləndik. Onların çoxu musiqi təhsili alıb və bu da olduqca önəmlidir. Sizin sənətçilərlə duet oxumağı, albom buraxmağı düşünürəm. Olduqca gözəl sənətçiləriniz var.
- Burak bəy, gəlin razılaşaq ki, bir neçə il öncə sizin adınıza daha çox rast gəlinirdi. Yəni daha populyar idiniz. Populyarlığınızın azalmasına səbəb nə oldu?
- Bilirsinizmi, bunun səbəbləri var. 1998-99-cu illərdə əsgərliyə getdim və il yarım hərbi xidmətdə oldum. Sonra 2000-ci ildə bir albom çıxardım, içimdə bir az küskünlük baş qaldırdığı üçün sənətə ara verdim. Bu, hər insanda rastlanan bir şeydir. Küsdüm və beləcə, haradasa 7 ilə yaxın musiqidən ayrı qaldım. Bu müddətin mənə və sənətimə təsiri çox oldu. Türkiyədəki heyranlarım da buna görə mənə çox əsəbiləşdilər. Amma o vaxt o cür lazım idi. Bəzən sənətçilərin öz içinə qapanması, özünü dinləməsi gərəklidir.
- Sirr deyilsə, bu addımı atmaq hansı ehtiyacdan doğdu?
- Burak Kut olaraq gənc yaşda çox böyük şöhrət yaşadım. O səbəbdən bunu qəbul etmək, buna öyrəşmək, atasını çox erkən yaşda itirmiş biri olaraq bunu etməyim mütləq idi. Bu addımımla özümü kəşf etməyə ehtiyacım var idi. Bilirsinizmi, tam açıq etiraf etsəm, mən artıq hiss edirdim ki, dəyişirəm və istəmədiyim kimi oluram, başqa birinə çevrilirəm. Artıq özümdən xoşlanmamağa başlamışdım. Çox pul qazanınca ətrafındakı hər kəs “Sən birincisən” deyincə, insanda başqa hisslər yaranmağa başlayır. Mən paxıllıq hissindən çox uzaq bir insanam və özümü yenidən kəşf etməyim 7 il zaman aldı... Mən bu aradan sonra ikinci şöhrətimlə rastlaşdım. Əslində, ikinci qayıdışımda unudulmadığımı gördüm. Bildim ki, çox ciddi dinləyici kütləsinə malikəm. Bundan çox da xoşbəxt oldum. Bunu görəndən sonra albom çıxartmasam da, artıq tez-tez görünməyə çalışıram. Musiqi əlim, qolum, yaşamaq səbəbimdir, həyatımı qazandığım bir şeydir.
- Sizi hazırda bir sənətçi kimi deyil, münsif kimi kəşf edirik. Münsif olmaq, gənc istedadları seçmək çətin deyil ki?
- Bu, mənim ilk münsif olduğum yarışmadır və bunu da özüm istədim. Çünki bu yarışmanın anlamı mənim üçün çox böyükdür. Türk dilində danışan ölkələrin yarışmasında münsif olmaq gözəl bir şeydir. Ən əsası bu yarışmada daimi münsif heyəti olduğum üçün uzun müddətdir Azərbaycanı, Qırğızıstanı görmək, qardaşlarımla bir arada olmaq arzumu gerçəkləşdirdim. Bu zamana kimi “20 ildir sənətdəyəm, mən daha yaxşı bilirəm” kimi yanaşmam olmayıb. Heç zaman özümdən razı olmamışam və kiminsə yanında öyünməmişəm, amma mən həqiqətən də çox şanslı biriyəm. Çox erkən yaşda bu gün mənimlə eyni yaşda olan sənətçilərin xəyal etdiyi şeyləri gerçəkləşdirdim. Bəlkə də ara vermək səbəbimdən biri də budur. Mən tez bir zamanda çox şeylər etdim. Əslində mən klassik musiqi, opera dərsi almışam. Daha kiçik yaşlarımda məşhur orkestrlərlə birgə çıxış etməyə başlamışam. Türkiyədə çıxış etmədiyim orkestr qalmayıb, 20 yaşımda isə bütün rekordları əldə edirdim. Çox erkən bunlara çatmağımdan dolayı artıq başqa zirvələri fəth etməyi qarşıma məqsəd qoydum. Hazırda da bunun axtarışındayam. Gənclərə dəstək olmağı düşünürəm və sözsüz ki, karyerama davam etmək də bu sıradadır.
- Hər bir estrada və pop müğənnisinin “Eurovision” musiqi yarışmasında iştirak etmək arzusu olur. Amma siz vaxt bu arzuda olmamısınız. “Euovision”da məğlubiyyətdənmi çəkindiniz?
- Yox, qətiyyən məğlubiyyət haqqında düşünmədim. Həqiqətən də heç zaman “Eurovision”da iştirak arzusunda olmamışam. Əslində mənə belə bir təklif də olmadı, amma arzulamazdım. Mən yarışma dönəmini məktəb və institut illərində keçirdim. Orta məktəbdə ikən musiqi yarışması var idi və üç il sərasər bu yarışmaya qatılıb hər birində birinci oldum. Artıq yarışmalara başqa bir gözlə baxıram. Musiqiyə ara verməmişəm və bunu davam etdirirəm.
- Azərbaycan mədəniyyətinin, musiqisinin kənardan mənzərəsi necədir?
- Azərbaycanın istər xalq, istərsə də pop musiqisi kənardan mükəmməl görünür. Səfurə Əlizadə ilə birgə televiziyaya çıxdım və mükəmməl səsə sahib olduğunu gördüm. Azərbaycan gənclərinin gələcəyi parlaqdır. “Eurovision” yarışmasında Azərbaycanın birincilik qazanması da məhz bundan xəbər verir. Eldarla Nigarın Türkiyə bayrağı ilə səhnəyə çıxması bizi çox kövrəltdi. Azərbaycan xalq musiqisini Türkiyə xalqı çox sevir. Hətta elə mahnılar var ki, biz onları özümüzünkü sayırıq, çünki həddindən artıq çox ifa olunur. Əslində onlar Azərbaycan xalq mahnılarıdır. Azərbaycan musiqilərinə heyranam və çox tez-tez ifa edirəm. “Sarı gəlin”, “Ayrılıq” mahnısı daha çox ifa edilir. Bilirəm ki, “Sarı gəlin” mahnısını ermənilər özününküləşdirir, amma musiqini dinləyəndə belə bunun Azərbaycana aid olduğu hiss olunur.
- Sizcə 20 ildə 6 albom az deyilmi? Sizi 2007-ci ildə bir televiziya serialında gördük. Bunu davam etdirməyi düşünürsünüzmü?
- Əslində bu albomların hər biri çox tutarlı oldu. Bəlkə də 20 il üçün həqiqətən də az görünür. Arada daha çox sayda albom çıxarmaq haqqında düşüncələrim oldu, sadəcə sonradan bu alınmadı. Çox mahnılarım var, ticarət məqsədli olmadığı üçün çox zaman gözə görünmür. Bu gün bir çox ölkələrdə olduğu kimi, Türkiyənin də musiqi sektorunda eniş var. Bizlər isə sənətimizə yatırımı özümüz qoyuruq və bu səbəbdən də daha asta hərəkət etməliyik. Amma öz adıma edə bilmədiklərimi edəcəyimi düşünürəm. 2012-ci ildən etibarən çox tez bir şəkildə illər ərzində yığılmış boşluqları doldurmaq fikrindəyəm. Bunu qarşıma məqsəd qoymuşam. Filmə gəlincə, bəli, 2007-ci ildə bir televiziya serialına çəkildim və “Star TV”də yayımlandı. Qısa davam etdi, amma belə bir işim olub. Ümumiyyətlə, serial çəkilişinin iş prinsipi çox çətindir. Türkiyədə serial 90 dəqiqə yayımlanır və bir həftənin altı günü çalışmaq məcburiyyətindəsən. Bu halda da tam olaraq musiqidən uzaqlaşırsan. Bu baxımdan çətin olduğu üçün çox da özümü bu duruma salmıram. İllərdir film sektorunda çoxsaylı dostlar qazanmışam. Onlarla bir şey etməyi düşünürəm. Hər biri mənə artıq film üçün yaxşı dövrdə olduğumu bildirirlər. İnşallah bir film düşünürük.
- İllərdir sizi eyni formada görürük. Yaşınızla müqayisədə gənc görünürsünüz. Bunu nəyə borclusunuz?
- Mənə bu cür müsbət fikir söyləyəndə, hər zaman zarafatla axşamlar buz üstündə yatdığımı deyirəm. Belə qalmağım üçün ekstra heç bir şey etmirəm. Krem və ya bu kimi məhsullardan da istifadə etmirəm. Psixoloji durumumu gənc saxlamağa çalışıram və bu da mənə çox kömək olur.
- Ailə qurmusunuz və bir qızınız var. Ata olmaq necə bir hissdir?
- Qızım doqquz ayın içindədir, onunla dünyanın ən xoşbəxt insanı oluram. Adı Adəmdir, Cənnət mənasını daşıyır. Mənim üçün ən böyük sevgi qızımdır. Qızımın dünyaya gəlişi ilə bağlı çox təntənəli bir şey etmədim, çünki buna sahib olmayanlar da var və bu cür təntənəli bir şey yaxşı hal olmaz. Ümumiyyətlə, təntənələri sevən biri deyiləm. Onu da deyim ki, qızım da musiqiyə çox duyarlıdır. Anladım ki, insanın həyatda özündən çox sevəcəyi bir canlı varsa o da övladıdır. Əgər qızım musiqini seçərsə, çox sevinərəm və ona hər zaman dəstək olaram.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib