Bank Of Baku

Azərbaycanı “Eurovision-2012”-də təmsil etmək üçün iki gün ərzində 10 nəfər sənəd verib

Azərbaycanı “Eurovision-2012”-də təmsil etmək üçün iki gün ərzində 10 nəfər sənəd verib
# 17 oktyabr 2011 12:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Eurovision” Mahnı Müsabiqəsinin Azərbaycan üzrə təşkilatçı yayımçısı İctimai Teleradio 2012-ci ildə bu müsabiqənin Azərbaycan təmsilçisini müəyyən etmək üçün oktyabrın 15-dən milli seçim turuna başlayıb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin rəhbəri Tahir Məmmədovun APA-ya verdiyi məlumata görə, iki gün ərzində milli seçimlərə 10 nəfər sənəd verib. Sənəd verənlərdən 2 nəfər - Adil Baxışlı və Altun Zeynalov ötən il keçirilən Milli seçim turunda da iştirak edib.

Qeyd olunub ki, milli seçimlərdə iştirak üçün yaşı 16-dan yuxarı olan, öz istedadına və peşəkarlığına güvənənlər sənəd verə bilər. Müsabiqə iştirakçıları gözəl səsi, rəqsetmə bacarığı və səhnə mədəniyyəti ilə fərqlənməlidirlər. Milli seçimlərə sənəd qəbulu oktyabrın 25-dək İctimai Televiziyada aparılacaq. Müsabiqə tam olaraq “Eurovision” Mahnı Müsabiqəsinin qaydalarına və tələblərinə uyğun aparılacaq. Seçim turunda şəffaflığı və obyektivliyi təmin etmək, ictimaiyyətin rəyini öyrənmək məqsədilə peşəkar münsiflər heyəti ilə yanaşı, tamaşaçıların rəyi eyni dərəcədə nəzərə alınacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR