Bank Of Baku

Belarus “Eurovision-2012” mahnı müsabiqəsində iştiraka qərar verib

Belarus “Eurovision-2012” mahnı müsabiqəsində iştiraka qərar verib
# 18 oktyabr 2011 11:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Belarus “Eurovision-2012” mahnı müsabiqəsində iştiraka qərar verib. APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Belarusun müsabiqə üzrə yayımçısı BTRC təmsilçinin seçilməsi üçün “EuroFesti” müsabiqəsinə start verib. Müsabiqəyə əsasən, Belarusun təmsilçisi gələn il müəyyən olunacaq. Belarus milli finalının 2012-ci ilin yanvarında keçirilməsi nəzərdə tutulur. Bu mərhələdə 5 finalçı müəyyən olunacaq, sonra isə qalib seçiləcək. Belarus bu il “EuroFest” formatına qayıtmağa qərar verib. Müsabiqədə iştirak etmək istəyənlər noyabrın 1-dən 15-dək öz ərizələri təsdiqləməlidirlər. Onların arasında 15 ən uğurlu mahnı seçiləcək və milli seçimin yarımfinalına vəsiqə qazanacaq. Yarımfinal mərhələsi isə dekabrda keçiriləcək. Münsiflər heyəti və tamaşaçılar final üçün 5 ən uğurlu mahnını seçəcək. Belarus təmsilçisinin Bakıda ifa edəcəyi mahnı 5 mahnının sırasından seçiləcək. Qaydalara əsasən, tamaşaçıların və münsiflər heyətinin səsləri 50-50-yə hesablanacaq.

Xatırladaq ki, Belarus “Eurovision”da ən uğurlu nəticəni 2007-ci ildə qazanıb. Həmin il Dmitri Koldun “Work your magic” mahnısıyla 6-cı yeri tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR