Bank Of Baku

Bakıdakı otel və restoranlarda personalın xidmət keyfiyyətinin artırılması üçün təlimlər təşkil olunub

Bakıdakı otel və restoranlarda personalın xidmət keyfiyyətinin artırılması üçün təlimlər təşkil olunub
# 20 oktyabr 2011 09:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” yarışması ərəfəsində Bakıdakı otel və restoran personalının xidmət keyfiyyətini artırmaq məqsədilə növbəti təlimlər keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən APA-ya verilən məlumata görə, təlim Türkiyə baş nazir aparatı yanında Əməkdaşlıq və İnkişaf İdarəsi (TİKA) ilə birlikdə təşkil olunub.

Kurslar sistematik olaraq otel və restoran işçiləri üçün kvalifikasiya artırma məqsədi daşıyır. Təlimlər TİKA mütəxəssisləri tərəfindən otel menecment, qeydiyyat, ofisiant və qulluqçu sahəsində keçirilir. Hazırlıq kursları oktyabrın 25-dək Azərbaycan Turizm İnstitutunda davam edəcək. Kursların sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR