Bank Of Baku

Azərbaycanın “Eurovision-2012” üzrə milli seçim turuna 85-dən artıq sənəd verilib

Azərbaycanın “Eurovision-2012” üzrə milli seçim turuna 85-dən artıq sənəd verilib
# 24 oktyabr 2011 15:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Eurovision-2012” mahnı müsabiqəsində Azərbaycan təmsilçisini müəyyənləşdirmək üçün oktyabrın 15-də elan olunan milli seçim turu davam edir. İctimai Teleradionun İctimaiyyətlə əlaqələr və internet şöbəsinin rəhbəri Tahir Məmmədov APA-ya bildirib ki, bu günədək milli seçimlərə 85-dən artıq şəxs sənəd verib. Onların arasında Azərbaycan vətəndaşları ilə yanaşı, xaricdə yaşayan azərbaycanlılar və xarici ölkə vətəndaşları da var. Müraciət edənlərdən 10-dək gənc ötənilki milli seçim turlarında da iştirak edib.

Qeyd edək ki, milli seçimlərdə iştirak üçün yaşı 16-dan yuxarı olan, öz istedadına və peşəkarlığına güvənənlər sənəd verə bilər. Müsabiqə iştirakçıları gözəl səsi, rəqsetmə bacarığı və səhnə mədəniyyəti ilə fərqlənməlidir. Milli seçimlərə sənəd qəbulu oktyabrın 25-dək İctimai Televiziyada aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR