Bank Of Baku

Brilyant Dadaşova “Dalğalar” klipinə “Bond Diamond”un brilyant məhsullarında çəkilib – FOTOSESSİYA

Brilyant Dadaşova “Dalğalar” klipinə “Bond Diamond”un brilyant məhsullarında çəkilib – <font color=red>FOTOSESSİYA </font>
# 25 oktyabr 2011 15:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Xalq artisti Brilyant Dadaşova sözləri xalq şairi Fikrət Qoca, musiqisi bəstəkar Fuad Qədimova məxsus olan lirik “Dalğalar” mahnısına çəkdirdiyi klipin təqdimatını keçirib. APA-nın məlumatına görə, “Dalğalar” kompozisiyası bossa nova janrında ifa edilib. Klipin rejissoru “Ah dedim, oh dedim”, “Səninləyəm” və “Yalan dünya” kliplərini çəkən Emin Mirabdullayevdir. Bu klipdə əsas diqqət çəkən məqam xalq artistinin “Bond Diamond”un brilyant məhsulları ilə tamaşaçı qarşısına çıxmasıdır. B. Dadaşova tədbirdə çıxışında şirkət rəhbərliyinə təşəkkürünü bildirib: “Brilyant adı ilə fəxr edirəm. Bu zinət əşyasını çox sevirəm və hətta saatlarla oturub brilyantları izləyə bilərəm. Bu klipdə də adımla həmahəng təşkil edən zinət əşyaları ilə görünürəm”.

Xalq artisti klip çəkdirmək həvəskarı olmadığını və mahnılarının klipsiz də sevildiyini diqqətə çatdırıb: “Mən klip həvəskarı deyiləm. O səbəbdən də heç zaman klip arxasınca qaçmamışam. Onsuz da ifa etdiyim mahnılar klipsiz də dinlənilir və sevilir. Çəkdirdiyim kliplərin süjet xəttinin təfərrüatına varmıram. Əsas odur ki, klipsiz də mahnılarım qəlbə yol tapır”.

Klipin tamaşaçılar tərəfindən seviləcəyinə ümid etdiyini bildirən rejissor Emin Mirabdullayev kəmiyyətə deyil, keyfiyyətə üstünlük verdiyini vurğulayıb: “Bu dəfə də Brilyant Dadaşova ilə birgə tamaşaçıların mühakiməsinə sevgi və brilyant haqqında nostalji hisslərin romantik tarixini təqdim etməyə çalışmışıq. Burada Brilyant xanımın üzərindəki brilyantlar həqiqətən də möhtəşəm ab-hava yaradıb”.

Klipdə diva obrazını “Bond Diamond”un brilyant məhsulları təqdim edir. “Bond Diamond”un rəsmi nümayəndəsi Ülviyyə Rəhimova mağazalarındakı brilyantların birbaşa Yakutiyadən gətirildiyini söyləyib: “Biz bu klipdəki əməkdaşlıqdan çox məmnunuq. Mağazamızda hər cür zövqü oxşayan brilyantlar var və məkanımıza gələcək hər kəsin özünə uyğun zinət əşyası tapacağına inanırıq. Eyni zamanda bildirmək istərdik ki, mağazamızda 25 faiz endirim həyata keçiririk”.

“Bond Diamond”un ünvanı: Bakı şəhər. İzmir küçəsi - 5

Tel(+994 12) 510 87 83
Fax: (+994 12) 433 08 64
Mob: (+994 50) 265 79 90.

Sayt - www.bona-mente.az

Klip bu linkde: http://www.youtube.com/watch?v=erYY6U25DVY&sns=fb

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR