Bank Of Baku

EBU digər ölkələrə də milli seçimlərini Azərbaycanın tətbiq etdiyi formatda keçirməyi tövsiyə edib

EBU digər ölkələrə də milli seçimlərini Azərbaycanın tətbiq etdiyi formatda keçirməyi tövsiyə edib
# 25 oktyabr 2011 16:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisinin seçilməsində ötən ilki formatdan istifadə olunacaq. Bunu APA-ya açıqlamasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin müdiri Tahir Məmmədov deyib. O bildirib ki, bu format müsabiqə təşkilatçısı Avropa Yayım Birliyi (EBU) tərəfindən də müsbət qarşılanıb: “Ötən il bu formatla seçilən təmsilçilərimiz Azərbaycana qələbə qazandırdılar. Eyni zamanda İctimai Teleradionun həyata keçirdiyi bu seçim EBU rəhbərliyi tərəfindən bəyənilib. Bütün bunları nəzərə alaraq “Eurovision-2012” təmsilçimizin də bu formatla seçilməsinə qərar verildi”.

EBU digər ölkələrə də təmsilçilərini bu yolla seçməyi tövsiyə edib.

T. Məmmədov onu da əlavə edib ki, EBU bu ildən etibarən milli seçimlərlə bağlı yeni qərar verib. Avropa Yayımları Birliyinin qərarına görə, bütün iştirakçı ölkə yayımçıları öz təmsilçilərini milli seçim keçirmə yolu ilə müəyyən etməlidir.

Milli seçimlərin formatının seçimi isə yayımçı televiziyaya məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR