Bank Of Baku

“Mahmud və Məryəm” filmi üçün Məryəm roluna uyğun gələn Azərbaycan qızı tapılmadığından bu rolu türkiyəli aktrisa ifa edəcək

“Mahmud və Məryəm” filmi üçün Məryəm roluna uyğun gələn Azərbaycan qızı tapılmadığından bu rolu türkiyəli aktrisa ifa edəcək
# 28 oktyabr 2011 12:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Xalq yazıçısı Elçin Əfəndiyevin məşhur “Mahmud və Məryəm” romanı əsasında çəkilməsi nəzərdə tutulan eyni adlı filmdə Məryəm rolu üçün Azərbaycanda həyata keçirilən kastinqlərdən müsbət nəticə əldə olunmayıb. APA-nın məlumatına görə, Məryəm rolunda məhz azərbaycanlı qızın çəkilməsi ideyası filmin yaradıcı heyəti və Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova tərəfindən irəli sürülüb.

Məryəm rolunun axtarışı üçün bir neçə müddət yerli televiziya kanallarında və internet saytlarında kastinqlərin keçiriləcəyi barədə məlumatlar yayımlanıb. Ötən həftələrdə Məlahət Abbasova məhz bu kastinqlərdə iştirak etmək üçün Azərbaycana gəlib. Lakin azərbaycanlı qızlar arasından Məryəm rolunun tələblərinə cavab verən tapılmadığından filmin rejissoru bu rolun ifaçısının da Türkiyədən seçilməsinə qərar verib. Məryəm rolu üçün 16-21 yaş arasında, yaşıl gözlü qız axtarılırdı. Deyilənə görə, artıq filmin Britaniyadan olan rejissoru Türkiyədən bu rol üçün öz seçimini edib.

Xatırladaq ki, Azərbaycan və Türkiyənin müştərək işi hesab olunan “Mahmud və Məryəm” filmində Mahmud rolu türkiyəli aktyor Mehmet Günsurə həvalə edilib. M. Abbasova Mahmudun xalası Qəmər Banu obrazını canlandıracaq. Filmin prodüseri Sevda Kayqısızdır. Çəkilişlər Azərbaycanda və Türkiyədə aparılacaq. Filmin çəkilişinə Azərbaycan və Türkiyənin mədəniyyət nazirlikləri dəstək verir. Filmin ərəb və Avropa ölkələri də daxil olmaqla 30-dan artıq ölkədə satışı planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR