Altı illik təmir-bərpa işlərindən sonra Moskvadakı “Bolşoy Teatr”ın təntənəli açılış mərasimi keçirilib - REPORTAJ -FOTO
Təntənəli açılışdan 4 gün əvvəl görülən işlərlə xarici və yerli medianı tanış etmək üçün jurnalistlər üçün “Bolşoy Teatr”a ekskursiya təşkil edilib. Teatrda təmir-bərpa işləri ilə məşğul olan “Summa” şirkətinin təmsilçisi Mixail Sidirov teatrın akustikasının təmirdən əvvəl tamamilə korlandığını söyləyib. O bildirib ki, təmir ləngisəydi, mədəniyyət ocağının dağılmaq ehtimalı çox böyük olacaqdı. M. Sidirov tarix və gözəlliyi özündə birləşdirən “Bolşoy Teatr”ın bir zamanlar dünya teatrlarının reytinq cədvəlində birinci yerdə qərarlaşmasına baxmayaraq, son illər 55-ci yerdə mövqe tutduğunu xatırladıb.
Təmir-bərpa nəticəsində teatrın akusitikası xilas edilib. Belə ki, xüsusi komissiya kresloları və panelləri yoxlayıb, hər şey akustik yoxlamadan müvəffəqiyyətlə keçib. Bunu UNESCO-nun komissiyası, məşhur opera müğənnisi Plasido Dominqo, orkestrantlar, solistlər və teatrın xoru da təsdiqləyib.
Teatrın əsas səhnəsi unikaldır. Belə ki, opera və yaxud baletdən asılı olaraq döşəmə avtomatik dəyişir. Səhnədə hər şey kompüterləşdirilib. Teatrın “Bethoven” zalı isə yerin altına keçirilib. Düyməni basmaqla hərəkətə gələn platformalar teatr sahəsində yenilikdir ki, bu da ilk dəfə “Bolşoy Teatr”da tətbiq edilib. Yerin altındakı zal metro xəttinə yaxın olsa da, bu, akustikaya mane olmur.
Teatrın dairəvi zalı və imperator foyesində bütün interyer bərpa edilib. İmperator Nikolay Romanovun dövründə asılmış çilçıraq sanki 100 ilin çilçırağı deyil, şamdanlar keçən əsrlərdən qalanlardır, divarlardakı parçalar da orijinaldır. Bir sözlə, hər şey ilkin görkəminə qaytarılıb. İnteryerdəki qızıl saat hər yerdən bərq vurur. Binanın restavrasiyasında 4,5 kq qızıldan istifadə edilib. Restavratorlar binanın özülünu möhkəmləndiriblər. 2006-cı ildən 2009-cu ilə qədər - təxminən 3 il ərzində binanın təməli bərpa edilib. Daha sonra isə digər yerlərin bərpa və təmirinə başlanıb.
Təmir-bərpa işlərinə ümumilikdə 1 milyard ABŞ dolları məbləğində pul ayrıldığı fikri səslənsə də, bu məbləğin sonradan 750 milyon dollara endirildiyi bildirilib. Təntənəli açılış günü 1768 tamaşaçı yeri üçün dəvətnamələr göndərilib. Açılış üçün teatr kassalarında biletlər satılmasa da, gəzən söz-söhbətlərə görə bir dəvətnamənin qiyməti nə az, nə çox - 2 milyon rubl (67 min ABŞ dolları) olub. Lakin teatrın rəhbərliyi bu xəbərləri təkzib edib.
Təntənəli açılış mərasiminə hazırlıq yüksək səviyyədə olub. Dövlət adamları, dünya ulduzları, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi açılışa Rusiya prezidenti Dmitri Medvedyev də qatılıb. Mərasimdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, azərbaycanlı iş adamı Vahid Ələkbərov, Yevgeni Primakov, İqor Krutoy, Fyodr Bondarçuk, Lara Fabian, Monika Belluci, Tamara Sinyavskaya kimi tanınmış şəxsiyyətlər iştirak ediblər.
Açılış mərasiminə həsr olunan qala-konserti yayımlamaq hüququ yalnız “Rossiya” telekanalına verilib. Digər televiziya və informasiya agentliklərinin nümayəndələri yalnız açılışı işıqlandıra biliblər. Qala-konsertdə rus klassik musiqisindən parçalar səsləndirilib. Daha sonra “Bolşoy Teatr”ın solistləri və mərasimə dəvət olunmuş məşhurlar - Dmitri Xvorostovskiy, Anjela Georgiu, Natali Dessey və Violetta Urmana çıxış ediblər.
Qeyd edək ki, açılışdan sonra teatrda səhnəyə qoyulacaq ilk tamaşanın Qlinkanın yeni versiyada “Ruslan və Lüdmila” əsərinin olacağı açıqlanıb.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib