Bank Of Baku

Azərbaycanın "Eurovision-2012" təmsilçisinin seçilməsi üçün ilkin dinləmələr başlayır

Azərbaycanın "Eurovision-2012" təmsilçisinin seçilməsi üçün ilkin dinləmələr başlayır
# 01 noyabr 2011 09:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Eurovision-2012” mahnı müsabiqəsi üçün Azərbaycanın milli seçim turuna sənəd vermiş 119 iştirakçı noyabrın 3-də, 5-də və 7-də ayrı-ayrı qruplar halında İctimai Televiziyada ilkin dinləmədən keçəcək. Bu barədə APA-ya İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin müdiri Tahir Məmmədov məlumat verib. O bildirib ki, çıxışlarda hər iştirakçı öz səs və səhnə imkanlarını hərtərəfli göstərə biləcək 2 mahnı ifa etməlidir. Dinləmədən keçən şəxslər milli seçim turunun əsas mərhələsinə qatılacaq və İctimai Televiziyanın canlı efirində yarışacaq. Seçim ötənilki qayda ilə aparılacaq. Azərbaycanın “Eurovision-2012” təmsilçisi münsiflər heyəti və tamaşaçıların rəyi ilə seçiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR