Bank Of Baku

Azərbaycan və Ermənistan musiqiçiləri Moskvada barış konserti veriblər – FOTO

Azərbaycan və Ermənistan musiqiçiləri Moskvada barış konserti veriblər – <font color=red>FOTO </font>
# 02 noyabr 2011 10:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan və Ermənistan musiqiçiləri də daxil olmaqla münasibətlərində problem olan 12 ölkə pianoçuları Moskvada barış məqsədli konsert veriblər. APA-nın məlumatına görə, “Sənətçilər sülhün tərəfindədir” adlı konsertin keçirilməsində məqsəd dini, etnik və siyasi qarşıdurmaların yaşandığı ölkələrə cəmiyyətin diqqətini çəkməkdir.

Rusiya Ortodoks Kilsəsi Patriarxatı tərəfindən təşkil edilən konsertə fərqli din mənsubları, siyasətçilər, QHT nümayəndələri və çox sayda tamaşaçı qatılıb. Rusiyalı teatr aktrisası Mariya Qolubkinanın aparıcılıq etdiyi və iki saat davam edən konsertdə Azərbaycan, Türkiyə, Ermənistan, İsrail, Gürcüstan, Misir, Rusiya, Serbiya, Yaponiya, Fransa, Cənubi Osetiya, Xorvatiyadan gələn pianoçular Sergey Raxmaninov və Bethoven kimi məşhur bəstəkarların əsərlərini səsləndiriblər. Musiqiçilər ikili və dördlü qrup halında çıxış ediblər. Konsertdə çıxış edən sənətçilər “biz sülhün yanındayıq və səsimizi sənətimizlə çatdırırıq” deyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR