Azərbaycanda “Eurovision-2012” ilə bağlı aksessuarların qanunsuz satışını həyata keçirən şəxslərə qarşı ciddi inzibati sanksiyalar tətbiq olunacaq - EKSKLÜZİV
T. Məmmədov bildirib ki, sözügedən məsələnin qanunsuz olduğunu dəfələrlə açıqlayıblar: “Adil Kərimli və mən dəfələrlə bu cür satışın qeyri-qanuni olduğunu vurğulamışıq. Bir daha bildirmək istəyirik ki, bu addım qanunvericiliyə ziddir və müəllif hüquqlarının ciddi şəkildə pozulmasıdır. “Eurovision” Mahnı Müsabiqəsinin loqosu Avropa Yayımları Birliyinin brendidir və onların icazəsi olmadan heç bir istehsalçı, ticarət müəssisəsi bu loqodan istifadə edə bilməz. Heç kim o loqo ilə çap olunmuş bu və ya digər məhsulları satışa çıxara bilməz”.
Tahir Məmmədov bu məsələnin Avropa Yayımları Birliyini də (EBU) ciddi narahat etdiyini vurğulayıb. Məsələdən xəbərdar olan EBU rəhbərliyi hətta bununla bağlı monitorinq keçirib: “EBU-nun həyata keçirdiyi monitorinqin nəticəsi onları qane etməyib. Eyni zamanda qeyd etmək istərdim ki, İctimai Televiziya da bununla bağlı ilkin araşdırmalar aparıb və həqiqətən də istehsalçılar tərəfindən çox ciddi şəkildə qanun pozuntularına yol verildiyi aşkarlanıb. Bu satış Avropa Yayımları Birliyinin icazəsi olmadan aparılır, bu isə çox mənfi haldır”.
Qanunsuz satışla bağlı məsələnin bununla da bitmədiyini qeyd edən T. Məmmədov, bu günlərdə İctimai Televiziyanın çəkiliş qrupu ilə birgə çox geniş monitorinq aparılacağını açıqlayıb: “Hər halda yaxşı olardı ki, bu istehsalçılar və məhsulların satışı ilə məşğul olanlar qanun qarşısında öz öhdəliklərini başa düşsünlər və bu fəaliyyətlərini dayandırsınlar. Əks-təqdirdə onlara qarşı qanuna müvafiq şəkildə ciddi inzibati sanksiyalar tətbiq olunacaq. İlkin araşdırmalarımız nəticəsində məlum olub ki, bu məhsullar arasında xaricdə hazırlanan məhsullarla yanaşı, yerli mallar da var. Qanun pozuntusuna yol verən şəxslərə tövsiyəmiz budur ki, öz qanunsuz fəaliyyətlərini dayandırsalar, daha yaxşı olar”.
Xatırladaq ki, “Eurovision-2011” Mahnı Müsabiqəsində Azərbaycanın qalibiyyətindən dərhal sonra paytaxt Bakıda üzərində “Eurovision Song Contest – Baku 2012” yazılan müxtəlif rəngli köynəklər, çantalar, eləcə də digər aksessuarlar satışa çıxarılıb. Azərbaycanda bu cür satış qanunsuz olaraq həyata keçirilir. Hər bir qalib ölkədə müsabiqə öncəsi hazırlanan bu köynəklər yalnız Avropa Yayımları Birliyinə (EBU) xəbər verildikdən sonra satışa çıxarılır. “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində bu cür köynəklər, papaqlar, çantalar, qələmlər, şərflər və digər bu kimi əşyalar qanuni olaraq satışa çıxarılacaq. Adətən qanuni satışa çıxarılan köynəklərin qiyməti 17-25 avro arasında olur. Amma Bakıda qanunsuz hazırlanan belə köynəklər satış yerindən asılı olaraq 5-10 manata satılır.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib