Bank Of Baku

“Eurovision -2012” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün kastinqlərə start verilib

“Eurovision -2012” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün kastinqlərə start verilib
# 03 noyabr 2011 11:17 (UTC +04:00)
Bak Ülkər Qasımova-APA. Bu gün “Eurovision -2012” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün kastinqlərə start verilib. Milli seçimin dinləmələrində münsiflər heyətində təmsil olunan tanınmış aparıcı, Azərbaycanın “Eurovision” mahnı müsabiqəsi üzrə şərhçisi Hüsniyyə Məhərrəmova APA-ya bildirib ki, sənədləri qəbul olunmuş 119 iştirakçı 3 qrupa bölünüb. Birinci qrupun iştirakçıları arasında artıq İctimai Televiziyada dinləmələrə start verilib: “Bu gün 40 iştirakçı dinləniləcək. Hər bir iştirakçı 2 mahnı ifa etməklə, səs və səhnə imkanlarını hərtərəfli göstərə biləcək. Dinləmələrdən keçən şəxslər milli seçim turunun əsas mərhələsinə keçəcək və İctimai Televiziyanın canlı efirində yarışacaqlar. Biz “Eurovision” yarışmasına uyğun olan gənclərə seçimlərdə iştirak etmək şansı verəcəyik. Bu standartlara cavab verməyən iştirakçılara isə məsləhətlərimizi verəcəyik. Heç bir iştirakçının ürəyinin qırılmasının tərəfdarı deyilik. Amma Azərbaycana layiq təmsilçi seçmək mütləqdir”.

H. Məhərrəmova onu da bildirib ki, bu gün dinləniləcək 40 nəfər iştirakçı arasında əslən ABŞ-dan olan və Azərbaycanın milli seçimlərinə qatılan “Caspian Dreamers” qrupu da var. Bu qrupda Amerikadan iki gənc Tim MdNaught və Brad Kessler təmsil olunur. Kastinqlərdə iştirak etmək üçün sənəd verən 119 nəfər arasında 4 qeyri-ölkə vətəndaşı da var. Bunlardan ikisi sözügedən qrupun üzvləri, digərləri əslən Azərbaycandan olan, hazırda Nyu-Yorkda yaşayan Yan Kashepava, digəri Qazaxıstan vətəndaşı Nargilə Mehdiyevadır.

Dinləmələrdə iştirak edən münsiflər heyətində “Eurovision” Mahnı Müsabiqəsinin şərhçiləri Leyla Əliyeva, Hüsniyə Məhərrəmova, “OK” jurnalının baş redaktoru Zəhra Bədəlbəyli, müğənnilər Natəvan Şeyxova və Tünzalə Ağayeva təmsil olunur. Milli seçimdə dinləmələr noyabrın 5-də başa çatacaq. Bu dinləmələrdən keçən şəxslər milli seçim turunun əsas mərhələsinə qatılacaq və İctimai Televiziyanın canlı efirində yarışacaq. Milli seçim ötən il tətbiq olunan qayda ilə aparılacaq. Azərbaycanın “Eurovision-2012” təmsilçisi münsiflər heyəti və tamaşaçıların rəyi ilə seçiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR