Bank Of Baku

Azərbaycanlı gənc musiqiçilər Vilnüsdə keçiriləcək beynəlxalq piano festivalında çıxış edəcəklər

Azərbaycanlı gənc musiqiçilər Vilnüsdə keçiriləcək beynəlxalq piano festivalında çıxış edəcəklər
# 10 noyabr 2011 14:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanlı musiqiçilər Nərmin Nəcəfli və Rüstəm Zeynalov 9-26 noyabr tarixlərində Litvanın paytaxtı Vilnüs şəhərində keçiriləcək “Piano Music” festivalında çıxış edəcəklər. Litvanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə,
festival çərçivəsində Litva Milli Filarmoniyasının əsas tamaşaçı zalında 9 tədbir keçiriləcək və bu konsertlərdə Litva, Latviya, Argentina, Macarıstan, Yaponiyadan olan tanınmış piano virtuozları öz məharətlərini nümayiş etdirəcəklər. Bu il festival məşhur macar musiqiçisi Ferents Listin 200 illik yubileyinə həsr olunub.

Qeyd edək ki, N. Nəcəfli və R. Zeynalov Bülbül adına Musiqi Məktəbinin tələbələrdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR