Bank Of Baku

Tarkanın Bakı konsertinin təşkilatçıları indiyədək görünməmiş şou vəd edirlər - FOTO

Tarkanın Bakı konsertinin təşkilatçıları indiyədək görünməmiş şou vəd edirlər - <font color=red>FOTO</font>
# 15 noyabr 2011 15:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 2012-ci ili Azərbaycan paytaxtında qarşılayacaq Türkiyənin meqa-starı Tarkanın konsertində bir sıra sürprizlər olacaq. APA-nın məlumatına görə, dekabrın 31-də “Baku Expo Center”də baş tutacaq konsertin təşkilatçıları mətbuat konfransı keçiriblər.

Təşkilat qrupunun nümayəndələrindən olan Aydan Axundova Tarkanın Bakı konsertinin təxirə düşməsi ilə bağlı gəzən söz-söhbətləri təkzib edib: “Biz bu konsertdə bu günə qədər görünməmiş şou vəd edirik. Bu konsert həqiqi şouları ilə yadda qalacaq. Tarkanın Bakıya gəlməsi üçün heç bir maneə yoxdur və yayılan şayiələr əsassızdır. Bu konsert baş tutacaq və yaddaqalan olacaq. Buna biz təşkilatçılar olaraq söz veririk”.

Mətbuat konfransında Tarkanın Bakı konserti üçün tələb etdiyi qonorarın məbləği açıqlanmayıb. Şou-proqramın aparıcısı tanınmış teleaparıcı və şoumen İlkin Həsəni olacaq. Konsert üçün Türkiyədən 13 TIR avadanlıq və ləvazimat gətiriləcək. Hətta qonaqların əyləşəcəyi kreslolar da Türkiyədən gətiriləcək. Tarkanla bərabər “Blestyaşşiy”, “Trapes” şou-rəqs qrupu, Tarkanın DJ-i Ozan Çolakoğlu və rəqqasəsi Byanka da çıxış edəcəklər. Tarkan səhnədə 90 dəqiqəlik ifa nümayiş etdirəcək. Biletlərin qiyməti 100-500 manat arasındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR