Bank Of Baku

Azərbaycanlı xanəndənin diski Avropada yayılır

Azərbaycanlı xanəndənin diski Avropada yayılır
# 18 noyabr 2011 09:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Xanəndə Qoçaq Əsgərovun bu ilin mayında İtaliyanın “Filmay” musiqi şirkəti tərəfindən buraxılan diski sürətlə müxtəlif ölkələrdə yayılır. UNESCO-nun eksperti, layihənin təşəbbüskarlarından olan Sənubər Bağırovanın APA-ya verdiyi məlumata görə, disk Fransada bir qrup musiqiçinin rəyi əsasında 2010-cu ilin ən yaxşı toplusu adını qazanıb.

İfaçının digər uğurunun sorağı Almaniyadan gəlib. Bir neçə mütəxəssis Azərbaycan musiqisinin dünya miqyasında tanıdılmasında diskin əhəmiyyətini vurğulayıblar. Onlar “Filmay”in layihəsini dəstəkləyiblər. İngiltərə mətbuatında isə yazılıb ki, Qoçaq Əsgərovun səs imkanları olduqca genişdir və o, böyük səhnələri fəth etməlidir.

S. Bağırova bildirib ki, diskin satışı yalnız əcnəbi ölkələrdə nəzərdə tutulub: “Bizim Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi diskin tirajlanması ilə bağlı müvafiq sənədə imza atıb. Burada satış nəzərdə tutulmayıb. Əgər tələbat satışı üstələyərsə, tirajın artırılması ehtimalı yarana bilər. İtaliya şirkəti diski elektron variantda da satışa çıxarıb”.

S. Bağırova onu da vurğulayıb ki, “Filmay”in Azərbaycan musiqisinin təbliğatı ilə bağlı layihəsi bununla yekunlaşmır. Layihə çərçivəsində 6 diskin buraxılması planlaşdırılıb. Bunlardan ikisi iki xanəndənin payına düşür. Qalan 4 diskə aşıq havaları, instrumental və digər musiqilər daxil ediləcək, eyni qaydada satışa çıxarılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR