Bank Of Baku

Soner Sarıkabadayı: “Azərbaycanda böyük konsert proqramı ilə çıxış etmək istərdim” - FOTO

Soner Sarıkabadayı: “Azərbaycanda böyük konsert proqramı ilə çıxış etmək istərdim” - <font color=red>FOTO</font>
# 24 noyabr 2011 10:21 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Azərbaycanda mahnılarımı dinləyən və bir dəqiqəsini belə mənim yaradıcılığıma sərf edən hər bir kəsi salamlayıram. Dinlənilmək hər bir bəstəkar və müğənninin ən böyük arzusudur”. Bunu APA-ya açıqlamasında Azərbaycanda səfərdə olan türkiyəli bəstəkar-müğənni Soner Sarıkabadayı deyib. Azərbaycana ilk dəfə gəldiyini söyləyən musiqiçi, Bakıdan qısa müddət ərzində böyük həzz aldığını bildirib. Qonaq Bakıda böyük konsert proqramı ilə çıxış etmək arzusunu dilə gətirib: “Budəfəki çıxışım çox az oldu. Amma bu gözəl insanlar qarşısında daha böyük konsert vermək istərdim. İnanıram ki, bu istəyim yaxın gələcəkdə reallaşacaq”.

Azərbaycanda daha çox “Lale devri” serialında Yeşim rolunun ifaçısı kimi tanınan aktrisa Serenay Sarıkaya da Azərbaycana ilk dəfə gəldiyini açıqlayıb: “Burada olmaqdan inanılmaz dərəcədə sevincliyəm. Hamınız o qədər şirin və istiqanlısınız ki, bu cür insanlardan zövq almamaq mümkünsüzdür. Azərbaycanın çox gözəl ölkə və azərbaycanlıların çox gözəl insanlar olduğunu hər zaman eşidirdim. Təsəvvürlərimdə yanılmadığımın şahidi oldum”.

Aktrisa Azərbaycanda sevilməsindən və çox tanınmasından kövrəldiyini, Azərbaycandan gələcək serial və ya film təklifinə müsbət cavab verəcəyini vurğulayıb. “Lale devri” serialındakı Yeşim xarakterində müsbətə doğru dəyişiklik olub-olmayacağına gəlincə, aktrisa bu sirri açıqlamayıb: “Bu, “Lale devri”nin ikinci mövsümüdür. Yəqin ki, bu mövsüm sona kimi davam edəcək, amma üçüncü mövsüm haqqında heç nə bilmirəm. O, bir az kanalın seçimidir. İşimi ən mükəmməl şəkildə həyata keçirmək, ən pik nöqtəyə gəlmək istəyirəm, amma bunun ən yüksək nöqtəsi nədir, bilmirəm. Hər halda aktrisalığı çox sevirəm və bu işi davam etdirmək niyyətindəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR