Bank Of Baku

“Eurovision” qalibi Nigar Camal ilk solo klipinin təqdimatını keçirib - FOTOSESSİYA

“Eurovision” qalibi Nigar Camal ilk solo klipinin təqdimatını keçirib - <font color=red>FOTOSESSİYA</font>
# 01 dekabr 2011 16:10 (UTC +04:00)
APA-nın məlumatına görə, “Eurovision” qalibi “Crush on your” üçün xüsusi klip təqdimatı keçirib. Tədbir təyin olunan vaxtdan bir saat gec başlayıb.

Klipin çəkilişləri Ukraynada aparılıb. Klip müğənninin həm də prodüseri olan bəstəkar İsa Məlikovun musiqisinə çəkilib. Mahnının sözləri isə “Eurovision-2010” milli seçim turunun iştirakçısı Elliyə aiddir. Klipdə Nigar Camalla yanaşı, populyar musiqiçi, məşhur “Digi Digi” klub musiqisinin ifaçısı İnusa Davuda da çəkilib. Klipin rejissoru Aleksey Lamaxdır.

Təqdimat mərasimində çıxış edən N.Camal ümidvar olduğunu bildirib ki, solo olaraq imza atdığı ilk layihə tamaşaçıların böyük rəğbətini qazanacaq. O, həmçinin bu klipin dünya efir məkanında da səs-küyə səbəb olacağını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR