Bank Of Baku

Eldar Qasımov Nigar Camalı “Crush on you” klipinin təqdimatında tək buraxmayıb

Eldar Qasımov Nigar Camalı “Crush on you” klipinin təqdimatında tək buraxmayıb
# 01 dekabr 2011 21:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Eurovision -2011“ qalibləri Nigar Camal və Eldar Qasımov bir-birlərinə dəstək olublar. APA-nın məlumatına görə, qalibiyyətdən sonra Kiyevdə çəkdirdiyi “Crush on you” (musiqi İsa Məlikov, sözləri Elli) mahnısının klipini təqdim edən Nigar Camalın tədbirində duet ortağı Eldar Qasımov da iştirak edib. Təqdimat mərasiminə gecikən E.Qasımov səbəbləri sadalayıb: “Bu gün çox sevdiyim Nigarın həyatında gözəl bir gündür. Sözsüz ki, onu belə gündə tək buraxa bilməzdim. Bu möhtəşəm klip münasibəti ilə duet ortağımı təbrik edirəm. Gecikməyimin səbəbləri isə məndən asılı olmadı. Nigarın tədbirinə xüsusi hazırlaşmaq lazım idi, bu da vaxt aldı. Eyni zamanda yollarda tıxac var idi bu da gecikməyimə səbəb oldu”.

E.Qasımov “Eurovision” səhnəsində birgə çıxış etdiyi Nigar Camalı gül dəstəsi ilə təbrik edib. Eldar klipdən ağız dolusu danışıb və Nigara daha böyük uğurlar arzu edib: “Biz möhtəşəm qələbəni birgə qazandıq. Sözsüz, bu sınaqdan üzü ağ çıxdıq və bundan sonra istənilən uğurlarımızda bir-birimizə dəstək duracağıq. Bu müsabiqə Nigarla dostluğumuzun yaranmasına, qırılmaz münasibətlərimizin qurulmasına səbəb oldu”. Duet ortaqları bir-birlərinə uğurlar arzulayıblar. Nigar isə Eldara bu gün də yanında olduğu üçün təşəkkür edib.

Təqdimat mərasimində o da məlum olub ki, “Crush on you” klipi bir çox ölkə kanallarında nümayiş olunacaq. Dekabrın 10-da isə Kiyevdə klipin möhtəşəm təqdimetmə mərasiminin keçirilməsi planlaşdırılır. Nigar Camalın səs-küyə səbəb olan klipi Azərbaycanda ilk dəfə olaraq “ARRİ Alexa” kinokamerası ilə çəkilib. Onu bildirmək yerinə düşər ki, Beyonce, Rihanna, Jenniffer Lopez kimi dünya şöhrəti qazanmış ulduzların klipləri bu kinokamera ilə çəkilir. N.Camalın klipində stil və görkəmləri stilist Anar Ağakişiyev tərəfindən həyata keçirilib. Nigar klipdə dünya ulduzlarını xatırladır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR