Bank Of Baku

Nigar Camal: “Eurovision-2012” mahnı müsabiqəsində aparıcı qismində çıxış etmək istəyərəm”

Nigar Camal: “Eurovision-2012” mahnı müsabiqəsində aparıcı qismində çıxış etmək istəyərəm”
# 01 dekabr 2011 21:23 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Azərbaycanı “Eurovision-2012” yarışmasında təmsil edəcək müğənni seçilməlidir. Həmin şəxs yüksək intellektə, istedada malik olmalıdır. Mən Azərbaycanın gələn ilki müsabiqədə də uğuruna inanıram. Azərbaycan hər zaman birinciliyə layiqdir”. Bu sözləri APA-nın sualına cavab olaraq Eldar Qasımovla birgə “Eurovision-2011” yarışmasında qalib gələn Nigar Camal deyib. N.Camal 57-ci “Eurovision” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi ilə bağlı İctimai Teleradioda start götürən milli seçimləri vaxt azlığından izləmədiyini etiraf edib: “Seçimlərdən xəbərim var, amma sözün düzü izləmək imkanım olmayıb. Namizədlərdən də xəbərsizəm. Hər hansısa proqnoz verməyə də çətinlik çəkirəm. Amma münsiflərin və tamaşaçıların düzgün seçim edəcəyinə inanıram. Milli seçimlərin gedişatı ilə maraqlanacağam. Təmsilçi olaraq kim seçilsə biz Eldarla bərabər həmin şəxsə dəstək olacağıq. İstənilən təcrübəmizi növbəti təmsilçimizlə bölüşəcəyik. Azərbaycanın ev sahibliyi edəcəyi bu yarışmanı kənardan izləmək istəyirəm. Bu möhtəşəm bir bayram olacaq”.

Nigar Camal “Eurovision-2012” yarışmasında aparıcı qismində də çıxış etmək istəyini etiraf edib: “Ola bilər və aparıcı qismində də çıxış etmək istəyərəm. Niyə də olmasın. Bu məni çox xoşbəxt edərdi. Amma hələ “Eurovision-2012”də aparıcı qismində çıxış etmək təklifi almamışam”.

Qalib müğənni onu da bildirib ki, o, dekabrın 2-də İctimai Teleradionun canlı efirində yayımlanan təmsilçi seçimlərinin ilk həftəsinin sonuncu günündə qonaq qismində çıxış edəcək. Nigar Camal milli seçim səhnəsində “Crush on you” mahnısını ifa edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR