Bank Of Baku

Tanınmış rejissor Aleksey Lamax Azərbaycanın “Eurovision” qalibi Nigar Camalı filmə çəkəcək

Tanınmış rejissor Aleksey Lamax Azərbaycanın “Eurovision” qalibi Nigar Camalı filmə çəkəcək
# 02 dekabr 2011 08:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Tanınmış rejissor Aleksey Lamax Azərbaycanın “Eurovision” qalibi Nigar Camalı filmə çəkəcək. APA-nın məlumatına görə, bunu Bakıya gələn rejissor jurnalistlərlə görüşündə deyib. O bildirib ki, Nigar Camalın görünüşü və artistlik qabiliyyəti bütün yaradıcı heyəti məmnun edib.
Rejissor Bakı şəhərinin çox gözəl olduğunu deyib və növbəti işlərinin bu şəhərlə bağlı olacağına ümid etdiyini bildirib. O da məlum olub ki, Nigar Camal hazırda yeni solo albom üzərində işləyir. Həmin albom isə yaxın vaxtlarda hazır olacaq və Avropanın müxtəlif ölkələrində satışa çıxarılacaq. Albomda Nigar Camalın ifası iki versiyada – ingilis və Azərbaycan dillərində olacaq. Sənətçi eləcə də özü üçün yeni mahnı da yazıb. Mahnının sözləri də Nigar Camala məxsusdur. Musiqisinin ərsəyə gəlməsində isə “Eurovision” iştirakçısına bəstəkar İsa Məlikov köməklik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR