Bank Of Baku

“Eurovision-2012” Azərbaycan milli seçimlərinin ilk yarımfinalçısı məlum olub

“Eurovision-2012” Azərbaycan milli seçimlərinin ilk yarımfinalçısı məlum  olub
# 02 dekabr 2011 20:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün İctimai Teleradioda Azərbaycanı “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisinin seçilməsi üçün keçirilən milli seçim turunun ilk yarımfinalçısı məlum olub. APA-nın məlumatına görə, əvvəlcə bu həftənin 9 iştirakçısı öz performanslarını nümayiş etdiriblər. Bu həftənin birincisi Orxan Kərimli olub.
İlk həftənin 2-si Elnarə Həsənova, 3-sü Səmra Rəhimli, 4-sü Ramin Quliyev, 5-si Kənan Qədimov, 6-sı Amil Qocayev, 7-si Canana Zeynalova, 8-si Orxan Mirzəyev və 9-su Anastasiya Bedritskaya olub. Bu həftənin sonuncu günündə “Eurovision-2011”in qalibi Nigar Camal da iştirak edib. Qalib müğənni milli seçimlərin iştirakçılarına “Crush on you” mahnısı ilə dəstək olub. Eləcə də modelyer, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, ABŞ-ın Çikaqo ştatından olan istedadlı xoreoqrafı Çarlz Laurens, gənc müğənnilər Azad Şabanov, İlqarə Kazımova tamaşaçı qismində iştirak ediblər. Eləcə də bu gün iştirakçılara dəstək olmaq məqsədi ilə Bakı səhnəsində İsveçrənin seçim turunda iştirak edən rusiyalı müğənni Lama çıxış edib.
Qeyd edək ki, iştirakçılar bazar ertəsindən cümə gününədək yayımlanan milli seçim şousunda səs imkanları və səhnə performanslarını göstəriblər. Seçim qaydaları ötən il olduğu kimi aparılır. Həftənin qalibi 5 gün ərzində tamaşaçıların göndərdiyi sms və münsiflər heyətinin səsverməsi nəticəsində müəyyən olunur. Daha 7 həftənin qalibləri növbəti mərhələyə-yarımfinala vəsiqə qazanacaq. Yarımfinala keçmiş iştirakçılar isə Azərbaycanı “Eurovision 2012” də təmsil etmək uğrunda yarışacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR