Bank Of Baku

İbrahim Tatlısəs uzun fasilədən sonra ilk dəfə olaraq telefonla canlı yayıma qoşulub

İbrahim Tatlısəs uzun fasilədən sonra ilk dəfə olaraq telefonla canlı yayıma qoşulub
# 05 dekabr 2011 12:49 (UTC +04:00)
APA-nın xəbərinə görə, “Show TV” kanalında Sibel Canın qonaq olduğu “Saba Tümer ile bu gün” proqramına telefon açan İbrahim Tatlısəs “mən Allahın möcüzəsiyəm, Allah məni qorudu”, deyə bildirib. İ. Tatlısəs proqramda canlı olaraq türk və kürd dilində mahnı da ifa edib. O, “Möcüzə” adlı yeni albom buraxacağını açıqlayıb.

Xatırladaq ki, bu il martın 13-dən 14-nə keçən gecə İbrahim Tatlısəs İstanbulda silahlı hücuma məruz qalıb. O, avtomat silahdan açılan atəş nəticəsində başından yaralanıb. Xəstəxanaya çatdırılan sənətçinin həyatını xilas etmək mümkün olub. Sonradan onun üzərində cərrahiyyə əməliyyatı aparılıb. Hazırda sənətçi reabilitasiya kursu keçir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR