Bank Of Baku

İki ildir “Eurovision”a qatılmayan Çernoqoriya Bakıda təmsil olunacaq – FOTO

İki ildir “Eurovision”a qatılmayan Çernoqoriya Bakıda təmsil olunacaq – <font color=red>FOTO </font>
# 12 dekabr 2011 15:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Eurovision-2012” mahnı müsabiqəsində iştirak edəcək daha bir ölkə öz təmsilçisini müəyyənləşdirib. APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, Çernoqoriyanı “Eurovision-2012”də Rambo Amadeus adlı müğənni təmsil edəcək. Bu qərarı Çernoqoriyanın müsabiqə üzrə milli yayımçısı RTCG kanalı verib.

R. Amadeus bundan əvvəl ölkəni təmsil etmək üçün üç dəfə - 2007, 2008 və 2009-cu illərdə milli seçim turuna qatılıb. O, 1963-cü ildə anadan olub, ölkənin tanınan sənətçilərdən biridir.

Qeyd edək ki, sonuncu dəfə Çernoqoriya 2009-cu ildə “Eurovision”da iştirak edib. Həmin il ölkəni Andrea Demiroviç təmsil edib. Lakin o, yarımfinalda 11-ci yeri tutaraq yarışla vidalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR