Bank Of Baku

Heydər Əliyev Sarayında gənc muğam ifaçılarının iştirakı ilə “Gəncləşən muğam-3” layihəsi həyata keçiriləcək - FOTO

Heydər Əliyev Sarayında gənc muğam ifaçılarının iştirakı ilə “Gəncləşən muğam-3” layihəsi həyata keçiriləcək - <font color=red>FOTO</font>
# 19 dekabr 2011 11:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Heydər Əliyev Sarayında gənc muğam ifaçılarının iştirakı ilə “Gəncləşən muğam-3” layihəsi həyata keçiriləcək. Heydər Əliyev Sarayının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xalq artisti, professor Mənsum İbrahimov, əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədovun birgə layihəsi olan “Gəncləşən muğam-3”ün artıq məşqlərinə başlanılıb.

Konsert layihəsində gənc muğam ifaçıları əməkdar artisti Təyyar Bayramov, Babək Niftəliyev, Ehtiram Hüseynov, Arzu Əliyeva, Vüsalə Musayeva, Elnur Zeynalov, Elşad Aydınoğlu, Səbinə Ərəbli, Mirələm Mirələmov, Məmməd Nəcəfov, Şəmsəddin İbrahimov, Könül Tağıyeva, rizvan Həsənov, Mustafa Mustafayev, Günay İmamverdiyeva, Niyaməddin Babayev, Zabitə Alıyeva, Ələkbər Əkbərov, Tuqay İsmayılov, İlkin Əhmədov, Aytən Məhərrəmova, Qızılgül Babayeva, Türkay Məlikova, Orxan Hüseynov, Elgiz Əliyev, Cabir Həsənov, Fizzə Mirzəyeva çıxış edəcəklər.

Muğam ifaçılarını tarda Rövşən Qurbanov, Nahid Məmmədov, Humay Qədimova, Rəşad İbrahimov, Rüstəm Müslümov, Altay Niftəliyev, Ədalət Behbudov, Səxavət Məmmədov, Maşallah İsgəndərov, Əli Əliyev, Nəbi Quliyev, Sənan Əliyev, Anar Əliyev, Rüslan Həsənov, Tofiq Məmmədov, kamançada Elnur Mikayılov, Ceyhun Muradov, Sevinc Qədimova, Araz Ağaverdiyev, Bayraəmli Əliyev, Toğrul Orucov, Təbriz Yusubov, Elnur Salahov, Anar Yusub, Abbas Əliyev, Elvin Novruzov, Cahandar Mikayılov müşayiət edəcəklər.

Yanvarın 11-də gerçəkləşəcək proqramın rəhbəri xalq artisti Mənsum İbrahimovdur. Konsertin biletləri 10-30 manat arasında satışa çıxarılıb. “Gəncləşən muğam-3” layihəsinin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR